NASA yeni Ayın Yerin yanına çatacağı tarixi təsdiqlədi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Yer kürəsinin hazırda iki peykinin olduğunu təsdiqləyib. İkinci Ay 2083-cü ilə qədər planetimizin yanında olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Havay adalarındakı "Pan-STARRS" rəsədxanasının mütəxəssisləri keçən ay ilk dəfə "2025 PN7" adlı kvazilunun mövcudluğunu elan ediblər.
Qeyd olunub ki, bu, əslində 1960-cı illərdən bəri planetimizə bənzər trayektoriya üzrə Günəş ətrafında fırlanan bir asteroiddır.
Adi gözlə görünən Aydan fərqli olaraq, bu obyekt yalnız güclü teleskoplarla görünür. Belə görünə bilər ki, o, Yer ətrafında fırlanır, lakin "2025 PN7" planetimizlə qravitasiya əlaqəsinə malik deyil və nəticədə açıq kosmosa geri qayıdacaq.
"Otuz ildən çox müddət keçdikdən sonra belə obyektlərin təbii olduğu və Yer-Ay sisteminin Günəş ətrafında fırlandığı ərazini tutan ikinci asteroid kəmərini təmsil etdiyi geniş qəbul edilir", - deyə Madrid Komplutense Universitetindən Karlos de la Fuente Markos bildirib.
O əlavə edib ki, yeni kvazilun kiçik və zəifdir, buna görə də onun bu qədər uzun müddət görünməz qalması təəccüblü deyil.
"2025 PN7" Yerdən geniş məsafə diapazonunda yerləşir - 2.8 milyon mil (4.5 milyon km) ilə 37 milyon mil (59 milyon km) arasında.
Baxış sayı:100
Bu xəbər 23 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















