Icma.az
close
up
RU
Natiq Cəfərli: “Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar” KONKRET

Natiq Cəfərli: “Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar” KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mayın 6-da keçirilən mətbuat konfransında bildirib ki, Azərbaycanda “Card to card” dövriyyəsi inanılmaz dərəcədə böyükdür. Gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla, müxtəlif kartlardan mədaxillərin olduğunu və müəyyən şübhələr yaratdığını qeyd edib. Bu isə sosial şəbəkələrdə müzakirələr yaradıb. Kartdan oğurlanan vəsaitlərlə bağlı məsələnin müzakirə edilməməsi şikayətlərə səbəb olub.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, kartlardan pulların oğurlanması məsələsi də ciddi müzakirə obyektidir.

O bildirib ki, hətta həbs olunanlar, təqib olunanlar da var: “Bununla bağlı cinayət işləri də var, müəyyən tədbirlər də görülüb. Ola bilsin, yetərli deyil, insanların gözləntiləri bu sahəyə daha çox diqqət yetirilməsi yönündədir. Bankların məsuliyyətinin artırılmasına ehtiyac var. Banklar da məsuliyyət daşımalıdırlar. “Card to card” məsələsinə gəldikdə isə məsələnin mənbəyi bəlli olmalıdır. Bəli, dövriyyə artır. Bu, nəticədir. Amma səbəb odur ki, vergi qanunvericiliyi getdikcə daha çox insanların vergidən yayınmasına sövq edir. Kiçik və orta sahibkarlar xərclər altında boğulurlar. Onlar da çalışırlar ki, bir hissəsini heç olmasa bu yolla vergidən gizlətsinlər. Demirəm, düz edirlər, yaxşı edirlər, amma səbəbi odur ki, qazanc, gəlirləri azalıb. Vergi yükü də onların gəlirlərini daha da aşağı salır. Ona görə də əsas nəticədən yox, onu doğuran səbəbləri aradan qaldırmaq üçün addımlar atılmalıdır. Vergi qanunvericiliyində kiçik və orta sahibkarlar üçün şərait daha da yaxşılaşdırılmalıdır ki, onların buna heç ehtiyacı olmasın”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri