Icma.az
close
up
RU
Natiq Cəfərli: “Vergi Məcəlləsinin köklü şəkildə dəyişdirilməsi...”

Natiq Cəfərli: “Vergi Məcəlləsinin köklü şəkildə dəyişdirilməsi...”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif olunur, rəqəmsal sahədə çalışanlar üçün pozitiv məsələdir, ciddi güzəştlər olacaq. Amma..."

"Cebheinfo.az" xəbər verir ki, bunun iqtisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, 2019–2026-cı illər ərzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə 50-dən çox ayrıca qanun qəbul edilib:

“Həmin qanunlar çərçivəsində bütövlükdə məcəlləyə edilən maddə, bənd və struktur səviyyəli fərdi dəyişikliklərin ümumi sayı 2000-dən çoxdur.

Belə ki, 2019-cu ildə məcəlləyə təxminən 300-ə yaxın dəyişiklik və əlavə edilib. Qeyri-neft sektorunda gəlir vergisi güzəştləri və aksiz markalarının tətbiqi genişləndirilib.

2020–2021-ci illərdə, yəni pandemiyadan zərər çəkmiş sahələrə vergi tətillərinin verilməsi üçün 150-dən çox müddətli dəyişiklik qüvvəyə minib.

2022-ci ildə isə cəmi bir qanun çərçivəsində məcəllənin maddələrinə 270-dən çox düzəliş edilib.2023–2024-cü illərdə Qarabağda fəaliyyət göstərən sahibkarlar üçün 10 illik azadolmalar daxil edilməklə 200-dən çox yeni bənd və maddə əlavə edilib.

2025–2026-cı illərdə mikro sahibkarlığın tənzimlənməsi, "Üfüqi monitorinq" fəslinin daxil edilməsi və nağdsız dövriyyənin təşviqi ilə bağlı 300-dən çox maddə və bənd yenidən işlənib və indi də yeni təkliflərə görə onlarla maddədə yenidən dəyişikliklər olacaq". 

Ekspert qeyd edib ki, Vergi Məcəlləsinin bu qədər tez-tez, köklü şəkildə dəyişdirilməsi (hətta bəzən pozitiv qaydaların tədbiqi olsa da) doğru deyil:

“İş adamlarının kabusudur, planlaşdırmaq, 3-5 illik planlar qurmaq olmur. Çünki “oyun qaydaları” tez-tez dəyişməsi ürküdür. Dəfələrlə bəyan etmişdik ki, ölkə üçün yeni, sıfırdan, çox sadə, cəmi 20-30 səhifəlik, aydın şəkildə anlaşılan Vergi Məcəlləsi lazımdır. 

Məcəllə ancaq sahələr üzrə differensial vergi dərəcələrindən ibarət olmalıdır, paralel olaraq da hamı üçün illik vergi deklorasiyası prinsipi yaradılmalıdır.

Məsələn, kiçik sahibkarların, fiziki şəxslərin ƏDV-yə düşməyən dövriyyəsi 1 milyon manata qaldırılır, dövriyyədən 4 % vergi verir, başqa heç bir ödəniş etmir.
Digər sahələr üzrə (hüquqi şəxslər), məsələn, İT sektoru dövriyyədən 1 %, istehsalla məşğul olan 2 %, tikinti 5 %, ticarət 8 %, kafe-restoranlar (ictimai iaşə) 15 % - fəaliyyə növünə görə (10-12 istiqamət müəyyən etmək olar), minimum 1 %, maksimum 15 % olmaqla ancaq dövriyyədən vergi sistemi tədbiq edilməlidir.

Sadə, bəsit, anlaşılan, iqtisadiyyatı kəskin artıracaq yeni vergi məcəlləsinin fəlsəfəsi, prinsipi belə olmalıdır.

Hər il bu yazıq məcəlləni dəlmə-deşik etməkdənsə, bir ciddi qərar verin, elan edin ki, məsələn, 2027-ci ildən yeni, sıfırdan vergi məcəlləsi qəbul ediləcək və “dəyirmi masa” təşkil edin, müzakirə edək, ölkəni bu ağır iqtisadi durumdan çıxartmağa çalışaq..."
Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri