Icma.az
close
up
RU
Natiq Cəfərli: ““Vətənə qayıdış” proqramı qəbul edilməlidir”

Natiq Cəfərli: ““Vətənə qayıdış” proqramı qəbul edilməlidir”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Son illərdə dəfələrlə publik çıxışlarımızda deyirdik ki, Rusiyada miqrantlara qarşı münasibət daha da sərtləşəcək. Aylar öncə, miqrantlara qarşı sərt ritorika Rusiyanın Ukraynaya təcavüzündən sonra artıb, bunun da səbəbləri var. Çünki Rusiya daxilində yaranmış narazılıqların “günahkarı” lazımdır”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu REAL partiyasının sədri Natiq Cəfərli bildirib.

O qeyd edib ki, hakimiyyət daxildəki problemləri öz bacarıqsız idarəetməsi ilə izah edə bilməz:

“Daxildəki problemlərin məsuliyyəti üzərinə atıla biləcək bir kəsim olmalıdır. Bu da miqrantlardır. Müharibə dayanmağa doğru gedir. Hansısa formada bir neçə aya dayanacaq. Bu zaman Rusiya daxilindəki problemlərin yenidən bir “günahkarı” lazım olacaq.

Elə bir obraz lazımdır ki, Rusiya hakimiyyəti onu cəmiyyətə təqdim edə bilsin. Bunun üçün də ən “ideal” namizəd miqrantlardır. Rusiya daxili və ya xarici düşmən olmadan yaşaya bilməz.

Təəssüf ki, miqrantlara qarşı getdikcə daha sərt addımların atılmasının şahidi olacağıq. Bu isə bütün miqrantlara, o cümlədən azərbaycanlılara da təsirsiz ötüşməyəcək.

Sonra hökumətə müraciət edərək yazmışdım:

“Rusiyada yaşayan soydaşlarımız ölkəmiz üçün təhlükə deyil. Əksinə, onlar Azərbaycan üçün hətta iqtisadi fürsət mənbəyidir. Çünki onların ölkəyə qayıtması, özləri ilə yatırım gətirməsi, kiçik-orta bizneslə məşğul olub, Qarabağa, işğaldan azad olunan rayonlara köçün tərkib hissəsi olması Azərbaycan üçün kifayət qədər üstünlüklər yarada bilər. 

Biz nədənsə bu məsələdən çəkinirik. Mənə elə gəlir ki, ilk öncə məsələyə yanaşmamızı dəyişməliyik. Rusiyadakı miqratları təhlükə kimi yox, bir fürsət kimi görmək lazımdır””.

Onun sözlərinə görə, Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarlar, təəssüf ki, nə ilk deyil, nə də son olmayacaq:

"Rusiyanın imperialist “genlərində” mütləq “günahkarlar” lazımdır, daim “daxili düşmən” obrazına ehtiyac var. Çar zamanı da, SSRİ vaxtı da, indiki Putin rejimində də heç nə dəyişməyib, eyni davranış kodlarıdır.

Ona görə də Azərbaycan hökuməti “Vətənə qayıdış” proqramı qəbul etməlidir, əhali, insan sayı nemətdir, böyük üstünlükdür, 30 ildir dünyada yayılan, “əhali çoxdur, insan artımı təhlükədir”, kimi içiboş “nəzəriyyəyə” aldanmayın, əhali sayı, bunun üzərinə də ədalətli idarəetmə sistemi, iqtisadi fürsətlərin artmasını gələndə, mütləq ölkələr üçün ciddi uğur hekayəsinə çevrilir.

Özü də bizim işğaldan azad edilən torpaqlarımıza 2 milyon insan köçürmək kimi planımız olmalı, bu proqram həm də bu məqsədə xidmət etməlidir. 

Həmin torpaqlarda 2 milyon vətəndaşımız yaşamalıdır ki, o bölgələtin iqtisadi dividendini görək, başqa cür, yəni inzibati köç addımları ilə o gözəl torpaqlarımızı inkişaf etdirə bilməyəcəyik”. 

Nigar
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyun 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see362

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see334

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see300

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see267

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see256

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see236

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see230

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see228

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see227

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see224

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see217

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see216

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see213

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see212

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see210

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see210

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see200

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see182

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see178

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri