Icma.az
close
up
RU
“Natiq Cəfərlinin tənqidi ilə razı deyiləm...” Deputatın YAZISI

“Natiq Cəfərlinin tənqidi ilə razı deyiləm...” Deputatın YAZISI

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Natiq Cəfərlinin Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi ilə razı deyiləm, hətta primitiv hesab edirəm..."

Bu fikri "AzPolitika"ya göndərdiyi yazıda deputat Kamal Cəfərov bildiribş

Deputat daha sonra qeyd edub: "Son illərdə gömrük orqanlarında həyata keçirilən anti-korrupsiya tədbirləri, təəssüf ki, bəzi dairələr tərəfindən qərəzli şəkildə təqdim edilir. Halbuki, Baş Prokurorluğun məlumatları aydın göstərir ki, aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığı ilə məşğul olan dəstə ilə bağlı son cinayət işi daxil olmaqla, əksər hüquq-mühafizə əməliyyatları məhz Dövlət Gömrük Komitəsinin öz təşəbbüsü ilə başlanıb. Bu, Komitədə korrupsiyaya qarşı güclü iradənin və qətiyyətli mübarizənin sübutudur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bu islahatlar, ölkəmizin iqtisadiyyatını daha da möhkəmləndirir.

İqtisadi göstəricilər bunu təsdiqləyir: 2022-ci ildə gömrük daxilolmalarını 2023-cü və 2024-cü illərlə müqayisə etmək kifayətdir. 2025-ci ildə ilk 11 ayın proqnozu 3,4 faiz azalsa da, buna dəqiq qiyməti 2026-cı ildə verəcəyik. Üstəlik, bu nailiyyətlər heç bir tarif dəyişikliyi olmadan, artan azadolmalar çərçivəsində əldə olunub.

Bundan başqa, gömrük sisteminin narkotik vasitələrə qarşı son illərdəki qətiyyətli mübarizəsi də onların dövlətçiliyə xidmətinin nümunələrindəndir.

İkincisi, artıq 2 ildən çoxdur ki, xüsusilə 2024-cü ildə prezident seçkilərindən sonra bir tezis ortalığa atıldı ki, bir sıra qurumlar birləşir və ya ayrılır. Çox təəssüf ki, bəzi hallarda bu söhbətlər primitiv qiybət formasında çatdırılır. Danışanlar da elə danışır ki, elə bil ki, fərman layihəsini hazırlayıblar. Və ya hazırlayan şəxs bu barədə ona nəsə danışıb. Yəqin ki, bu gün və ya sabah elan olunacaq. Bu cür söhbətləri edən şəxsləri də ciddi qəbul etmək çətindir, çünki görünür, ya özünü məlumat sahibi, yüksək vəzifəli şəxslərin yaxın adamı, ya da kiməsə “maraqlı” gəlmək üçün edir.

Deputat kimi şəxsi fikrim budur ki, gömrük orqanlarında qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün hər hansı birləşmə və ya institusional islahat zəruridirsə, bu, dərin təhlillərə və ciddi əsaslara əsaslanmalıdır.

İstənilən halda bu məsələ cənab Prezident İlham Əliyevin preruqatividir. Onun yanaşması isə aydındır. 2024-cü ildə andiçmə mərasimində cənab Prezident bir sıra konseptual məsələlərdən toxundu. Həmin çıxışda onun məsələlərə yanaşması ilə bağlı bir cümləsi həmişə xatirimdədir.

O dedi ki: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var.”

Yəni hər hansı islahatı sadəcə formal və ya səthi səbəblərlə deyil, real və dərin əsaslarla etmək lazımdır, yəni hər işin məntiqli və vacib səbəbləri olmalıdır.

Ona görə də əgər Gömrük Komitəsi nə vaxtsa birləşəcəksə, onun vacib səbəbləri olacaq, yox əgər bu gün Dövlət Gömrük Komitəsi müstəqil fəaliyyət göstərirsə, onun da çox məntiqli səbəbi var.

Eyni zamanda hər kəsin də, xüsusilə siyasətlə məşğul olan şəxslərin, Natiq Cəfərlinin də öz şəxsi mülahizələrini ifadə etmək azadlığı var. Ancaq onun fikirləri məndə ciddi təəssürat yaratmadı, çünki fikirlərində dərin iqtisadi əsas yox idi.

Aydın məsələdir ki, islahat həmişə lazımdır, müşahidəm onu göstərir ki, bəzi dövlət qurumlarında qeyri-effektivliyin səbəbi nə institusional, nə də idarəçilik bacarığı ilə bağlıdır.

Hesab edirəm ki, bəzi hallarda bu, vəzifəli şəxslərdə “mental durğunluq” halı və ya problemlərin həllinə proaktiv yanaşmanın göstərilməməsi ilə bağlıdır.

Bəzi vəzifəli şəxslər hər gün işə gələndə anlamalıdır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə işləmək, onun siyasətininin icrasında iştirak etmək ən böyük xidmət, motivasiya və mükafatdır.

Hər kəs bilir ki, onun tapşırıqlarını yerinə yetirmək yüksək məsuliyyət, peşəkarlıq, yüksək mənəvi əxlaq və şəffaflıq tələb edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri