Natiq Mehdinin qətlinə görə direktor müavininin 20 il həbsi istənildi
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Elsevər İslamovun ittiham edildiyi maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib.
Qeyd edək ki, cinayət hadisəsi ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Mart 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















