NATO ABŞ və Danimarka arasında münaqişə riski səbəbindən Arktikadakı mövcudluğunu gücləndirməyi planlaşdırır
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
NATO ölkələri ABŞ-ın Qrenlandiyanı ələ keçirmək təhdidləri fonunda Arktikadakı hərbi mövcudluğunu gücləndirməyi planlaşdırır. Bu barədə Politico üç diplomata istinadən məlumat yayıb.
8 yanvar Cümə axşamı günü Brüsseldə keçirilən qapalı görüşdə alyansın səfirləri təşkilatın Arktika cinahının gücləndirilməsinin zəruriliyi barədə razılığa gəliblər.
NATO üzv dövlətlərinin nümayəndələri ərazini daha effektiv şəkildə izləmək üçün kəşfiyyat imkanlarından istifadə etməyi, Arktikanın müdafiə xərclərini artırmağı, bölgəyə daha çox hərbi texnika yerləşdirməyi və ərazidə hərbi təlimlər keçirməyi təklif ediblər.
Bu fikirlər Avropada ABŞ-ın Qrenlandiya ilə bağlı niyyətləri ilə bağlı artan narahatlığı göstərir. Bu həftə Ağ Ev adaya iddiasını gücləndirdi və onu hərbi yolla ələ keçirmək ehtimalını dəfələrlə istisna etməkdən imtina etdi.
Avropa ABŞ prezidenti Donald Trampın təhdidlərini sakitləşdirməyə və hərbi müdaxilədən yayınmağa çalışır, Danimarka isə bunun alyansın sonu demək olacağını bildirir. "Politico" qeyd edir ki, ABŞ prezidenti ilə güzəştə getmək ilk və üstünlük verilən seçim kimi görünür.
Danimarka Müdafiə Nazirliyi əvvəllər ABŞ Qrenlandiyaya hücum edərsə, Danimarka əsgərlərinin "əvvəlcə atəş açıb sonra suallar verəcəyi" ilə hədələmişdi.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 09 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















