NATO alyansın aldığı ABŞ silahlarının Ukraynaya tədarükünə başladığını elan edib
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
NATO-nun Kiyevdəki baş nümayəndəsi Patrik Turnerin sözlərinə görə, PURL (Prioritized Ukraine Requirements List) proqramı çərçivəsində NATO ölkələrinin aldığı Amerika silahlarının Ukraynaya çatdırılmasına başlanılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"PURL proqramı üzrə dörd paketin pulu artıq ödənilib və silahlar artıq Ukraynaya gedir”, - o bildirib.
Sentyabrın 16-da "Reuters" mənbələrə istinadən məlumat yaymışdı ki, Tramp administrasiyası Avropa NATO ölkələri tərəfindən ödənilən Ukraynaya 500 milyon dollarlıq hərbi yardımın ilk iki göndərişini təsdiqləyib. Agentliyin məlumatına görə, silahlar ABŞ hərbi anbarlarından tədarük ediləcək.

Rütte: NATO üzərindən ABŞ silahlarının Ukraynaya tədarükü davam edəcək
19 Avqust 2025 04:24
NATO Ukraynaya hücum silahlarının tədarükünü artırmağa çağırdı
04 Dekabr 2024 20:21
NATO baş katibi Ukraynaya silah tədarükünə zəmanət verir
11 Avqust 2025 16:00
Tramp: Ukraynaya göndərilən Amerika silahlarının ödənişini NATO müttəfiqləri edəcək
11 İyul 2025 07:36
ABŞ bu minaların Ukraynaya tədarükünə icazə verdi
20 Noyabr 2024 12:34

