Icma.az
close
up
RU
NATO Ankarada Trampa “buynuz göstərdi”...

NATO Ankarada Trampa “buynuz göstərdi”...

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mətləb Salahov: “Artıq əksər NATO dövlətləri əvvəlki kimi ABŞ rəhbərini ciddiyə almır, onun iştirakı olmadan Avropanın təhlükəsilziyi üçün çarə axtarırlar”

“NATO-nun Ankarada keçirilən son sammiti qəbul edilən qərarlarla yanaşı, daima özünü Alyans daxilində hegemoniya kimi aparan ABŞ Prezidenti Donald Trampa olan münasibətlə də yadda qaldı. Xüsusilə əvvəlki illərdən fərqli olaraq Qərb dövlətləri artıq qocaman Ağ Ev rəhbərindən çəkinmək əvəzinə onun sərt riktorikasına eyni sərtliklə cavab verir, Alyans üzvlərinin maraqlarını qorumaq üçün okeanın o tayından gələn hədə və tapşırıqları qulaqardına vururlar. İş o yerə çatıb ki, Ankaradakı Sammitə qatılan Lüksemburqun XİN rəhbəri Ksavye Betel Qərb KİV-lərinə açıqlamasında Türkiyəyə D.Trampı razı salmaq üçün deyil, Avropanın təhlükəsizliyi üçün çarə tapmağa gəldiyini elan edir. Bu fakt, daima əsib-coşmaqla, digər Qərb liderlərini alçaltmaqla “məşhurlaşan” milyarder ABŞ Prezidentinə olan “artıq yerini bil” mesajıdır”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, İrandakı uğursuz müharibə və D.Trampın əksər vədlərini yerinə yetirmək gücündə olmaması, üstəlik öz şəxsi maraqları naminə Avropanın təhlükəsizliyini risqə atması “qoca qitənin” şəxsən D.Trampa artıq etibar etməməsinə əsas yaradır. “Artıq Avropa liderləri D.Tramp olmadan Avropanın təhlükəsizliyi üçün çarə axtarırlar. Çünki bu adam dünya siyasətini nəinki Prezidenti olduğu ABŞ dövlətinin maraqlarına, həttda öz şəxsi varlanmaq məqsədlərinə görə müəyyənləşdirir. Demək olar ki, bəzi post-sovet ölkələrini və bir çox başqa ölkələri də “Fələstinə yardım” adı ilə “Sülh Fondu”na vəsaitlər ödəməyə məcbur edir. İlk hakimiyyətə gəldiyi vaxtlarda Ukrayna münaqişəsini birdəfəlik bitirəcəyini desə də, sonradan silah ticarəti və çirkli pulların “yuyulduğu” bu müharibəni bitirmək heç onun yadına da düşmür. Bu azmış kimi İranda mənasız müharibə yaradaraq orada ABŞ-ın ciddi dövlət imicini də torpağın dibinə “basdırır”. Görünür, artıq D.Trampın başqalarını aşağılamaqla qorxutmaq dövrü başa çatır”.

Afət Tahirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri