NATO baş katibi Avropada narazılıq yaratdı
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rütte Avropa paytaxtlarında narazılıqla qarşılanan açıqlamalar verib.
Modern.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Bildirilib ki, Rütte ABŞ prezidenti Donald Trampın İranla bağlı siyasətinə açıq dəstək nümayiş etdirib və Avropa müttəfiqlərinin də sonda ABŞ-ın Hörmüz boğazında yaratdığı hərbi-dəniz koalisiyasına qoşulacağını deyib.
Qeyd olunur ki, bu açıqlamalar alyans daxilində gərginliyi artırıb və Avropa ölkələrini çətin vəziyyətdə qoyub.
Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə bildirib ki, bu münaqişə Avropanın müharibəsi deyil. Onun mövqeyi Almaniya, İtaliya və İspaniya tərəfindən də dəstəklənib.
Məlumata görə, NATO-ya üzv bəzi Avropa ölkələrinin diplomatları da Rüttenin açıqlamaları ilə Avropa paytaxtlarının mövqeyi arasında ciddi fərqlərin olduğunu vurğulayıb və bundan narahatlıq ifadə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Mart 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















