Icma.az
close
up
RU
“NATO bundan sonra Rusiya qırıcılarını vuracaq” Litva prezidenti

“NATO bundan sonra Rusiya qırıcılarını vuracaq” Litva prezidenti

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az “Reuters”ə istinadən xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda deyib.

O bildirib ki, bu, qırıcı pilotların qərar qəbuletmə mandatını genişləndirəcək və onlara, digər məsələlərlə yanaşı, təhdid obyektlərini məhv etmək səlahiyyəti verəcək. 
Dövlət başçısı vurğulayıb ki, hava patrul missiyası bir növ çəkindirmə xarakteri daşıyır. “Lakin bu gün baş verənlər tam olaraq dinc mühit deyil”.

Bu missiyanın statusunun yüksəldilməsi qərarı NATO müttəfiqləri tərəfindən Ankara sammitində verilib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur izah edib ki, təhdidlərə cavab vermək məsələsində daha çox çevikliyi təmin etmək üçün əsas səlahiyyət NATO-nun Avropa Müttəfiq Komandanlığına və pilotların özlərinə məxsusdur.

Onun sözlərinə görə, indi əməliyyatların sürəti çox vacibdir. 

“Birincisi, biz müəyyən ilkin icazələr verdik. İkincisi, pilotların artıq paytaxtla əlaqə saxlamasına ehtiyac olmaması vacibdir. Onlar hədəfi müəyyənləşdirdikdən və yerdəki əlavə zərəri aradan qaldırdıqdan və ya minimuma endirilə biləcəyini təsdiqlədikdən dərhal sonra hücum edə bilərlər”, - H.Pevkur vurğulayıb.

Əvvəllər dronlar, eləcə də Rusiya döyüş təyyarələri dəfələrlə Baltikyanı ölkələrə uçuşlar həyata keçiriblər.

NATO-nun Baltik hava patrul missiyası 2004-cü ildə, öz qırıcı təyyarələri olmayan üç Baltikyanı dövlətin də alyansa qoşulmasından sonra başlayıb. Hazırda iki regional aerodromda rotasiya əsasında yerləşdirilən ondan çox müttəfiq qırıcı təyyarəsi var.

Bu döyüş təyyarələri Kalininqrad bölgəsindən Finlandiya körfəzinə və Rusiyanın quru sərhədlərinə qədər beynəlxalq sular üzərində uçan hər bir Rusiya hərbi təyyarəsini tutmaq və müəyyən etmək üçün havaya qaldırılır.
Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2026 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri