Icma.az
close
up
RU
“NATO da problem qalmayıb, indi də Rusiya ərazilərini müzakirəyə çıxarırsınız?” Zaxarova

“NATO da problem qalmayıb, indi də Rusiya ərazilərini müzakirəyə çıxarırsınız?” Zaxarova

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Polşa XİN rəhbəri Radoslav Sikorskinin Rusiya əraziləri, xüsusilə də Vladivostokla bağlı səsləndirdiyi fikirləri “absurd tezislər toplusu” adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında bildirib.

“Bu, klassik haldır – insan özü ilə mübahisə edir, özü ilə qızğın polemikaya girir və ümid edir ki, “rəqibini” məğlub edəcək. Bunlar bir-birindən absurd tezislərdir”, – deyə Zaxarova bildirib.

Diplomat əlavə edib ki, NATO ölkəsinin xarici işlər naziri kimi Sikorskinin məşğul olmalı olduğu kifayət qədər ciddi məsələlər var.

“Məsələn, alyans üzvləri arasında Qrenlandiyanın aidiyyəti ilə bağlı mübahisələr, Fransanın uğursuz siyasəti səbəbindən Yeni Kaledoniyada qeyri-sabitlik, Baltikyanı ölkələrdə insan haqlarının pozulması, Almaniya iqtisadiyyatının çökməsi və daha nələr, nələr… Polşa XİN bu məsələlərə baxmasa, NATO-nun bunları həll etməsi mümkün deyil. NATO-nun bütün problemlərini həll etdikdən sonra Avropa İttifaqına da keçsin”, – o əlavə edib.

Xatırladaq ki, daha əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib ki, Rusiya müstəqil Polşa və Ukraynanın mövcudluğunda maraqlı deyil. O vurğulayıb ki, Rusiya öz ərazisini idarə etməyə diqqət etməlidir.

“Siz burada bir daha heç vaxt hökmranlıq etməyəcəksiniz. Nə Kiyevdə, nə Vilnüsdə, nə Riqada, nə Tallində, nə də Kişinyovda. Sizin 11 saat qurşağında kifayət qədər torpağınız var, ona görə də beynəlxalq hüquqa görə, sərhədləriniz daxilində olanı idarə etmək daha yaxşıdır. Varşavanı fəth etmək xəyalına düşməkdənsə, Hayşenvayı (Vladivostok – red.) tuta biləcəyinizdən narahat olun”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 00:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri