Icma.az
close
up
RU
NATO dağıla bilər TƏHLİL

NATO dağıla bilər TƏHLİL

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünyanın müxtəlif bölgələrində baş verən, müharibələr, münaqişələr, vətəndaş qarşıdurmaları getdikcə daha amansız xarakter alır. Çünki müasir silahların ortaya çıxması və müharibə aparan tərəflərin yeni silahlardan istifadə etməyə daha çox can atmaları qarşıdurmaların miqyasının genişlənməsinə, bununla paralel insanların həyatlarının itirmələrinə və yaşayış məskənlərinin dağıdılmasına gətirib çıxarır. Döyüş bölgələrində robortların görünməsi və bu üsulla irəliyə doğru hücumların təşkil edilməsi, hibrid müharibələrinin daha geniş yayılması dünyanın gələcəyinin sual altında olduğunu deməyə əsas verir. Xüsusilə də, Avropanın daha böyük fəalakətlərlə üzləşəcəyi ehtimal olunur. Çünki dünyada baş verən qarşıdurmaların böyük hissəsinin Avropa ideoloqlarının müəllifliyi və hərbi, siyasi dəstəyi ilə yarandığı və davam etdiyi vurğulanır. Fransanın, Niderlandın, Almaniyanın və digər qitə dövlətlərinin müstəmləkə siyasəti aparmaları müasir dünya üçün qara ləkə hesab edilir. Bu səbəbdən də, dünya siyasətində aparıcı rol almaqda olan dövlətlər insanlığa düşmən kəsilən Avropa dövlətlərinin zərsizləşdirməyə çalışırlar. Rusiya isə Ukrayna ilə müharibəni Avropaya keçirməklə müstəmləkə və dağıdıcı siyasət yürüdən dövlətlərin sakitliyin pozmağa ümid edir. Avropa təkcə Rusiyanın tez-tez baş verən hibrid hücumlarına deyil, həm də fars-molla rejimi tərəfindəki potensial təhdidlərə qarşı durmağa hazırlaşmalı olacaq. Onlar artıq başa düşüblər ki, ABŞ ilə genişmiqyaslı döyüşlər bərpa olunarsa, Avropadakı hədəflərə hücum edə bilərlər. Bu o deməkdir ki, köhnə, müharibədən bezmiş Avropa yeni reallıqlara və onun güclü qitəsinə və ətrafına bənzəyəcək qeyri-sabitliyə tez uyğunlaşmaqda tərəddüd edəcək. Əks təqdirdə, o, D.Tramp üçün ABŞ-ın qlobal gücünün azalması ilə də barışmalı olacaq. Üstəlik, bu dəyişikliyin özü Avropanın qlobal strateji inkişafını kökündən dəyişdirir, onun təhlükəsizliyi, enerji və ticarət maraqları üçün genişmiqyaslı miraslar yaradır.

NATO parçalana bilər

Avropanın güvəndiyi və əsas dayağı hesab etdiyi NATO ağır dövrünü yaşayır. Üzv dövlətlər yekdil mövqe sərgiləmirlər. Misal üçün ABŞ və İsrail fars –molla rejiminə qarşı hərbi əməliyyatlar apardığı zaman NATO-ya daxil olan dövlətlərin əzəli müttəfiqlərindən üz döndərmələrini göstəmək olar. Fransa və Böyük Britaniya hökuməti ABŞ-yə İrana qarşı mümkün hərbi zərbələr üçün ölkə ərazisində yerləşən hərbi bazalardan istifadə etməyə icazə verməyiblər.

“The Times” qəzetinin yazdığına görə, ABŞ Prezidenti Donald Trampın Baş nazir Kir Starmerin Çaqos adalarının Mavrikiyə verilməsi və həmin ərazidə yerləşən birgə Böyük Britaniya–ABŞ hərbi bazasının icarəyə götürülməsi ilə bağlı razılaşmanı tənqid etməsi məhz Londonun bazalardan istifadə üçün icazə verməməsi ilə əlaqəli ola bilər.

Böyük Britaniya hökumətinin sözçüsü bildirib ki, onlara əməliyyat məsələləri ilə bağlı şərh vermirlər: “ABŞ və İran arasında siyasi proses davam edir və Böyük Britaniya bunu dəstəkləyir. İran heç vaxt nüvə silahı əldə etməməlidir və bizim prioritetimiz regionda təhlükəsizliyin təmin olunmasıdır”.

İspaniya hökuməti İrana qarşı əməliyyat çərçivəsində Rota (Kadis) və Moron-de-la-Frontera (Sevilya) hərbi bazalarından istifadəyə icazə verməyib.İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bəyan edib ki, hökumət ikitərəfli razılaşmaya və BMT Nizamnaməsinin müddəalarına uyğun gəlməyən hərəkətlər üçün bazaların istifadəsinə icazə verməyəcək.Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı indiki hərbi əməliyyatları bu çərçivəyə uyğun gəlmir.Madrid İrana zərbələr üçün bazalardan istifadəyə icazə verməkdən imtina etdikdən sonra ABŞ-nin bir neçə yanacaqdoldurma təyyarəsi İspaniyadakı Rota və Moron-de-la-Frontera hərbi bazalarından çıxarılıb. İspaniyanın müdafiə naziri Marqarita Robles ABŞ-nin İspaniyada daimi əsaslarla yerləşdirilmiş bir neçə yanacaqdoldurma təyyarəsinin bazaları tərk etdiyini təsdiqləyib. O qeyd edib ki, yerdəyişmə barədə qərar ABŞ tərəfindən qəbul edilib.

Təbii ki, Avropa dövlətlərinin ABŞ və İsrailə qarşı qəzəbli olmaları səbəbsiz deyil. Birinci səbəb, İsrailin Qəzzada törətdiyi soyqrımı aktalarına İspaniya, Böyük Britaniya kimi dövlətlərin laqeyd qalmamasıdır. İkincisi səbəb isə, Rusiya-Ukrayna müharibəsində ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın Avropa dövlətlərinin yanında olmaqdan imtina etməsidir. ABŞ-ınTramp administrasiyası NATO-dan və Ukraynanı dəstəkləmək üçün koalisiyadan rəsmi olaraq çıxdığını elan etməsə də, onun taleyini tamamilə qısaltdı və Avropa qitəsində Amerika hərbi mövcudluğunda kəskin dəyişiklik elan etdi. Avropa üçün çətin olsa da, ABŞ-ın dəstəyi olmadan vəziyyətdən çıxmağa çalışdı. Dron və raketlərin yüksək güclü texnologiyalarının son dövrlərdə inkişafı səbəbindən döyüş meydanındakı imkanlarının artması Ukraynaya müharibənin gedişatını dəyişdirməyə imkan verdi.

Bu istiqamətdə Avropanın əsas aparıcı dövlətlərindən olan Fransa və Almaniya ortaq mövqedən çıxış edirlər. Baxmayaraq ki, Avropanın liderliyi uğurunda bu iki dövlət tarixən mübarizə aparıblar və bu gündə məqsədləri istiqamətində mübarizələrini davam etdirirlər. Lakin gözlənilən Rusiya təhlükəsi onları birləşrməyə məcbur edib. Məlum faktdır ki, Rusiya davamlı olaraq Avropanı təhdid edir. Rusiyanın Hibrid təhdidləri və Avropadakı seçki nəticələrinə təsir göstərmək cəhdləri, eləcə də Polşa, Rumiya, Pribaltik ölkələrinə gizli dron hücumları vasitəsilə Rusiya Avropanı faciələlə üz-üz qoymağa çalışır. Ancaq Avropa hələ ki, müqavimət göstərir. Hətta Avropanın hərbi cəhətdən güclənməsi üçün Fransa və Almaniya layihə hazırlayıblar. Layihəyə görə, Avropanın texnoloji və strateji muxtariyyəti ABŞ üçün əlçatmaz olacaq. Bütün bunlar NATO daxilindəki çatların genişlənməsinə gətirib çıxarır. Sonda isə gərgin münasibətlər, xüsusilə də ABŞ-Avropa qarşıdurması NATO-nun parçalanmasına gətirib çıxaracaq.

İ.ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Sentyabr 2026 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri