NATO dakı daimi nümayəndə: ABŞ Ukrayna ilə təhlükəsizlik məsələlərinin əsas hissəsini həll edib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 25 dekabr, AZƏRTAC
ABŞ təhlükəsizlik zəmanətləri ilə bağlı Ukrayna ilə məsələlərin əsas hissəsini həll edib, hazırda müzakirələr əsasən ərazi məsələsinə qayıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Fox News-a müsahibəsində deyib.
“Son nəticədə hər şey ərazi və onun bölünməsi məsələsindən asılıdır - istər silahsızlaşdırılmış zona, istərsə də iqtisadi imkanlar zonası olsun. Çünki biz əsasən ukraynalılarla təhlükəsizlik zəmanətlərini razılaşdırmışıq. Düşünmürəm ki, ruslar buna etiraz etsinlər”, - deyə o bildirib.
Uitaker qeyd edib ki, ərazi aspektindən əlavə, atəşkəs və sülhün qorunması ilə bağlı məsələlər hələ də həllini tapmalıdır. “İnanıram ki, bu məsələlərin əksəriyyətini artıq həll etmişik”, — deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 25 Dekabr 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















