NATO dan İranın Türkiyəyə raket atmasına reaksiya
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, İrandan Türkiyəyə atılan ballistik Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, NATO hadisəyə bəyanatla reaksiya verib.
"İranın Türkiyəni hədəf almasını qınayırıq. Hava və raketdən müdafiə də daxil olmaqla, bütün sahələrdə çəkindirmə və müdafiə mövqeyimiz güclü olaraq qalır. İranın bölgədə davam edən hücumları qarşısında Türkiyə də daxil olmaqla müttəfiqlərimizin yanındayıq", - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, məsələ ilə bağlı Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. Hakan Fidan bölgədəki gərginliyə diqqət çəkərək, iranlı həmkarına münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımın atılmamalı olduğunu vurğulayıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:197
Bu xəbər 04 Mart 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















