NATO daxilində görünməmiş gərginlik: ABŞ və Kanada arasında hərbi əməkdaşlıq dayandırıldı
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Vaşinqton ABŞ və Kanadanın Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ hərb nazirinin müavini Elbric Kolbi "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, qərarın səbəbi Ottavanın müdafiə öhdəliklərini yerinə yetirməkdə yetərli irəliləyiş əldə etməməsidir.
"Təəssüf ki, Kanada müdafiə öhdəliklərinin icrasında irəliləyiş nümayiş etdirə bilmədi. Pentaqon Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırır", - deyə Kolbi qeyd edib.
O əlavə edib ki, ümumi kontinental müdafiə yalnız ölkələrin ortaq coğrafiyasının qəbul olunması şəraitində mümkündür.
ABŞ və Kanada arasında fəaliyyət göstərən şura 1940-cı ildə yaradılıb. Qurumun ekspertləri müdafiə sahəsində strateji araşdırmalar aparır və hərbi qurumlara tövsiyələr verirdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 May 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















