NATO fəaliyyətini dayandıra bilər Admiraldan ŞOK AÇIQLAMA
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) hazırkı formada ABŞ və onun avropalı üzvləri arasında Ukraynaya dəstək məsələsində fikir ayrılıqları səbəbindən fəaliyyətini dayandıra bilər”.
Bakıvaxtı.az “The Daily Telegraph”a istinadən xəbər verir ki, bu fikri Avropadakı Müttəfiq Qüvvələrin keçmiş Ali Baş Komandanı, admiral Ceyms Stavridis bildirib.
“Ola bilsin ki, biz NATO-nun sonunun və Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək təşkilatın başlanğıcının şahidi oluruq”, - deyə o bildirib.
Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin epik ölçülərdə geosiyasi səhvə çevrilmiş Kiyevə hərbi yardımı davam etdirmək istəmədiyini açıq şəkildə bildirib: “İndi Avropa üçün yaşıl işıq yanır və onlar addım atmalı və bununla davam etməli olacaqlar”.
O, hesab edir ki, ABŞ-nin Ukraynaya münasibətdə davranışı, eləcə də Vaşinqtonun müdafiə xərclərini artırmaq üçün avropalı müttəfiqlərinə təzyiqi alyansın ürəyinə zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini gündəmə gətirir.
Baxış sayı:129
Bu xəbər 02 Mart 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















