NATO nun Baş katibi: Alyans İranla müharibədə iştirak etmir, amma dəstək göstərir
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 5 mart, AZƏRTAC
NATO üzrə müttəfiqlər ABŞ-İsrail müharibəsində iştirak etmir, amma “əsas dəstək verirlər”.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib.
“Bu mənada NATO həm də ABŞ-nin güc proyeksiyası üçün bir platformadır, çünki Avropa müttəfiqləri olmadan Birləşmiş Ştatların İrana qarşı bu kampaniyaya başlaması çox çətin olardı”.
Lakin bundan əlavə, o, NATO-nun müharibədə birbaşa iştirak etmədiyini qeyd edib.
Baş katib əlavə edib: “Beləliklə, ABŞ-nin yüksəkvəzifəli hərbi və siyasi liderləri ilə söhbətlərimə əsasən, məndə tam təəssürat yaranır ki, onlar nə etdiklərini bilirlər”.
O, İrandakı vəziyyətə baxmayaraq, NATO üzrə müttəfiqlərin Ukraynanı dəstəkləməyə davam edəcəklərini bildirib.
“Avropada, ABŞ-də və Kanadada bir çox lider “həm bu, həm də digəri” prinsipinə riayət etməyin vacib olduğunu deyir: müttəfiqlər olaraq, amerikalıların Yaxın Şərqdə etdiklərini dəstəkləməyimizi təmin etmək və eyni zamanda, Ukraynaya lazım olan hər şeyi təmin etmək”, -deyə Rütte vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 05 Mart 2026 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















