NATO nun baş katibi: “Biz yeni reallığa uyğunlaşmalıyıq”
Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Alyans hazırda Rusiyanın hərbi təhdidlərinə cavab verməyə hazır deyil”
NATO-nun baş katibi Mark Rutte bildirib ki, “Alyans hazırda Rusiyanın hərbi təhdidlərinə cavab verməyə hazır deyil”. Rutte blokun müttəfiqlərini “müharibə dövrü düşüncəsini” qəbul etməyə və müdafiə xərclərini artırmağa çağırıb.
Keçən ilin oktyabrında NATO-nun baş katibi vəzifəsinə keçdikdən sonra ilk böyük çıxışında Rutte deyib: “Müharibənin qarşısını almaq üçün biz buna hazırlaşmalıyıq”.
NATO rəhbərinin sözlərinə görə, təhdidlərə münasibətin yenidən nəzərdən keçirilməsi müdafiə qabiliyyətinin gücləndirilməsi və silahların keyfiyyətinin yüksəldilməsi deməkdir.
Rutte vurğulayıb ki, Moskva Ukrayna və NATO ilə “uzunmüddətli qarşıdurmaya” hazırlaşır.
“Euronews” xəbər verir ki, o, mövcud təhlükəsizlik vəziyyətini həyatında "ən təhlükəli" adlandırıb və müttəfiqlərini "yeni reallığa uyğunlaşmağa" çağırıb.
Baxış sayı:82
Bu xəbər 16 Yanvar 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















