Icma.az
close
up
RU
NATO nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışlayıb

NATO nun Baş katibi Trampın Rusiya barədə bəyanatını alqışlayıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 iyul, AZƏRTAC

NATO-nun Baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə yeni tədbirlər barədə bəyanatını mühüm addım kimi qiymətləndirib.

AZƏRTAC xəbər verir ki, Mark Rütte bunu “Fox News” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Trampın bəyan etdiyi sanksiya tədbirləri, xüsusilə də Rusiyadan enerji resursları alan ölkələrə qarşı tətbiq ediləcək rüsumlar beynəlxalq ictimaiyyət üçün ciddi xəbərdarlıqdır.

NATO-nun Baş katibi Trampın Ukraynaya silah satışına dair qərarını da alqışlayıb. O qeyd edib ki, bu addım Birləşmiş Ştatlarla Avropa arasında həmrəyliyin göstəricisi olmaqla, tərəflərin “Ukrayna üçün əllərindən gələni etməyə hazır olduqlarını” nümayiş etdirir.

“Bu, Prezident Donald Trampın məsələyə ciddi yanaşdığını göstərən aydın bir siqnaldır. O, sülh istəyir və Ukraynada insanların həyatını itirməsindən narahatdır,” – deyə Mark Rütte bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 14-də Ağ evdə keçirilən görüş zamanı 50 gün ərzində Ukrayna üzrə razılaşma əldə olunmayacağı təqdirdə, Moskvaya və onun ticarət tərəfdaşlarına qarşı sərt sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edib.

ABŞ Prezidenti, həmçinin bildirib ki, Vaşinqtonun müttəfiqləri yaxın günlərdə Ukraynaya “Patriot” zenit-raket komplekslərinin və onlara aid raketlərin tədarükünü həyata keçirəcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 İyul 2025 12:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hibrid savaş açan xarici qüvvələr də xurafat aşiqlərindən daha asan istifadə edə bilər”

03 Avqust 2026 17:43see518

Rusiya ilin ən iri miqyaslı dron hücumlarına məruz qaldı

02 Avqust 2026 15:32see409

Kəpəz in yeni fanklubu olacaq FOTO

02 Avqust 2026 15:23see344

Anar Ələkbərovdan 44 PAYLAŞIMI VİDEO

02 Avqust 2026 22:57see317

Regionlarda kredit faizləri niyə yüksəkdir? Ekspert açıqladı

03 Avqust 2026 19:26see270

Hörmüzlə bağlı razılaşma yoxdur

02 Avqust 2026 16:37see267

5 ay əvvəl anasını itirmişdi... Daçnikdə batan Nizamın FOTOsu

03 Avqust 2026 17:28see252

Ukrayna dronları Rusiyada “Wildberries”in iri logistika mərkəzini vurub

03 Avqust 2026 11:17see226

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

03 Avqust 2026 21:56see223

Sabah Orhus u mübarizədən kənarlaşdırmağı bacarmasa...

03 Avqust 2026 16:36see218

Yer kürəsindəki bütün insanlar eyni anda tullanarsa, nə baş verər?

04 Avqust 2026 05:05see196

Dünyanın ən böyük qəhvə istehsalçıları açıqlandı Siyahı

02 Avqust 2026 18:07see196

Baş redaktor: Elçinin Bayramlının həbsinin jurnalist fəaliyyəti ilə əlaqəsi yoxdur

03 Avqust 2026 11:18see195

Beşiktaş və İtalyano serbiyalı ulduzun yolunu gözləyir

02 Avqust 2026 15:28see193

Tələbə qızı dəm qazından boğulmuşdu 3 il sonra qəzada öldü

03 Avqust 2026 09:56see190

Kredit almaq istəyən tələbələr üçün mühüm xəbər KONKRET

02 Avqust 2026 14:43see186

Tramp: ABŞ və İran Hörmüz boğazı ilə bağlı razılığa gəlib

03 Avqust 2026 05:18see183

Donald Tramp özünə məxsus qolf klubunda bir gündə iki çempionluq qazandı VİDEO

03 Avqust 2026 01:25see167

Silva: “Mourinyonun rəhbərliyi altında öyrənməyi səbirsizliklə gözləyirəm”

04 Avqust 2026 05:10see165

İnanılmaz ikiüzlülük... Trampdan ŞOK paylaşım

04 Avqust 2026 02:21see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri