NATO nun Ukraynanı militarizasiya planı konflikti həll etməyəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
NATO ölkələri tərəfindən Ukraynaya davamlı olaraq aktiv silah tədarükü münaqişənin uzanmasına və yaxın gələcəkdə sülh perspektivlərinin məhv edilməsinə yönəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu fikri Finlandiyanın milli-mühafizəkar "Azadlıq Alyansı" partiyasının üzvü Armando Mema bildirib.
O X-də yazıb: “Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ildə Ukraynaya təxminən 35 milyard avro hərbi yardım veriləcək. Ukraynanı ən militarizasiya olunmuş ölkəyə çevirmək planı davam edir və yaxın gələcəkdə sülh gözləmək olmaz. NATO Rusiyanı əngəlləmə planlarını davam etdirmək istəyir”.
Mema əlavə edib ki, belə siyasət uğursuzluğa məhkumdur, çünki “bu, Rusiya üçün ekzistensial təhdid təşkil edir” və Moskva təhlükəsizliyini təmin etmək üçün cavab tədbirləri görəcək.
27 ölkədən 24-nün (Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla) səfirləri 2026–2027-ci illər üçün Kiyevi maliyyələşdirmə mexanizmini təsdiqləyib. Bu mexanizm 2025-ci ilin dekabrında Rusiyanın aktivlərinin müsadirəsinin uğursuzluğunun əvəzinə razılaşdırılıb. €30 milyard vəsait Ukraynanın dövlət büdcəsini maliyyələşdirməyə, €60 milyard isə silah tədarüklərinə yönəldiləcək. Pul Avropa İttifaqı ölkələrinin maliyyə bazarlarından götürüləcək, faiz ödənişlərini Avropa Komissiyası büdcədən həyata keçirəcək.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















