NATO ölkələri dronlara və əks dronlara 40 milyard dollar xərcləyəcək
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
NATO-nun növbəti 5 il ərzində dronların istehsalına və əks tədbirlərə, eləcə də dron operatorlarının təlim potensialının beş dəfə artırılmasına 40 milyard dollar sərmayə qoyacaq "Drone Edge" təşəbbüsündə cəmi 20 NATO ölkəsi iştirak edəcək.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO sammiti çərçivəsində Müdafiə Sənayesi Forumunda bildirib.
O, çıxışında "Bu gün biz növbəti beş il ərzində dron istehsalına və əks tədbirlərə 40 milyard dollar investisiya yatıracaq Drone Edge təşəbbüsünü başladırıq. NATO həmçinin 2027-ci ilə qədər dron operatorlarının təlimini beş dəfə artıracaq" sözlərini söyləyib.
Rutte qeyd edib ki, təşəbbüsdə 20 NATO ölkəsi iştirak edir. Artıq PUA operatorları üçün 16 təlim mərkəzi yaradılıb və tezliklə yüz milyonlarla dollar dəyərində müqavilələrin bağlandığı iddia edilən əks-dron sistemlərinin satın alınması üçün kommersiya platforması istifadəyə verəcək.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 07 İyul 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















