NATO ölkəsində təcili durum: dronlar havaya qalxdı Rusiya detalı
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Polşanın Baş naziri Donald Tusk hava məkanının pozulması ilə bağlı təcili iclas çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.
“Mən prezident və müdafiə naziri ilə daim əlaqə saxlayıram. Əməliyyat komandirindən birbaşa hesabat almışam. Məlumata görə, hava məkanımızı zəbt edən və təhlükə yarada bilən pilotsuz təyyarələr vurulub. Əməliyyat davam edir. Həmçinin hazırkı tədbirlər barədə NATO-nun baş katibini məlumatlandırdım. Biz daimi əlaqə saxlayırıq”.
Baş nazir obyektlərin Rusiyaya məxsus olması ilə bağlı xəbəri təsdiqləməyib.
Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın bir neçə pilotsuz təyyarəsinin Ukrayna üzərindən Polşaya uçduğunu bildirib. Polşa qırıcı təyyarələrinin ölkənin hava məkanını pozan ən azı 4 pilotsuz təyyarəni vurduğu bildirilir.
Xatırladaq ki, Polşanın hava məkanına naməlum obyektlərin daxil olması səbəbilə Varşava və Rzeşov şəhərlərində hava limanları bağlanıb.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 10 Sentyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















