Icma.az
close
up
RU
NATO panelində Rusiyaya xəbərdarlıq: Narva növbəti hədəf deyil

NATO panelində Rusiyaya xəbərdarlıq: Narva növbəti hədəf deyil

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Baltikyanı regionun təhlükəsizliyinə həsr olunmuş xüsusi panel keçirilib.

Redaktor.az xəbər verir ki, Prezident Administrasiyasının Kommunikasiya İdarəsi, Münhen Təhlükəsizlik Konfransı (MSC) və Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) birgə təşkil etdiyi paneldə Baltikyanı regionun müdafiə potensialı və mövcud təhlükəsizlik riskləri müzakirə olunub.

Məlumata görə, “Narva nə üçün növbəti hədəf deyil: Baltikyanı ölkələrin müdafiəsizliyi ilə bağlı fərziyyələrin təhlili” adlı paneldə Latviyanın xarici işlər naziri Baiba Braze, Litvanın NATO-dakı daimi nümayəndəsi Darius Jauniskis və Estoniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Martin Rocer çıxış ediblər.

Latviyanın xarici işlər naziri Baiba Braze bildirib ki, Rusiya hazırda NATO ilə birbaşa qarşıdurmaya hazır deyil, lakin müxtəlif saxta dilemmalar yaradaraq gərginliyi artırmağa çalışır. O, daxili təhlükəsizlik, sərhəd mühafizəsi və kəşfiyyat sahəsində əməkdaşlığın gücləndirilməsinin, həmçinin NATO-nun çəkindirici gücünün effektivliyinin qorunmasının vacibliyini vurğulayıb. Nazir, eyni zamanda, Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş dezinformasiya kampaniyalarına qarşı ayıq-sayıq olmağa çağırıb.

Litvanın NATO-dakı daimi nümayəndəsi Darius Jauniskis isə Belarusun Rusiyadan ayrı qiymətləndirilməsinin doğru olmadığını bildirib. Onun sözlərinə görə, Minsk enerji və maliyyə baxımından tamamilə Moskvadan asılıdır və sərhəddə baş verən təxribat xarakterli hadisələr regionun təhlükəsizliyi üçün ciddi risk yaradır.

Estoniya Xarici İşlər Nazirliyinin siyasi direktoru Martin Rocer isə kiber-təhlükəsizlik məsələlərinin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, dövlət qurumlarının bu sahədə gördüyü işlər cəmiyyətin dayanıqlığını artırır. O, Estoniyanın Narva şəhərinin Rusiyanın növbəti hədəfi olacağı ilə bağlı iddiaları rədd edərək vurğulayıb ki, ölkənin milli və müttəfiqlərlə birlikdə qurduğu çəkindirici sistem Rusiyanın belə bir addım atmasına imkan verməyəcək.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2026 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri