Icma.az
close
up
RU
NATO: “Polşaya hücum olmayıb”

NATO: “Polşaya hücum olmayıb”

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.
“NATO təyyarələri ilk dəfə müttəfiqlərin hava məkanında potensial təhlükələrə hücum edib. NATO-nun “Patriot” hava hücumundan müdafiə sistemləri radar vasitəsi ilə PUA-ları aşkar edib, lakin onlara atəş açmayıb. Əməliyyatda Polşanın F-16 qırıcıları, Hollandiya F-35-ləri və İtaliyanın AWACS hava hücumu barədə erkən xəbərdarlıq təyyarələri iştirak edib”, - agentliyin həmsöhbəti deyib.
Bununla belə, o, yaşanan insidentin NATO tərəfindən Polşaya hücum kimi qəbul olunmadığını deyib
Polşanın baş naziri Donald Tusk, öz növbəsində, Rusiya pilotsuz təyyarələrinin ölkənin hava məkanına daxil olmasını “genişmiqyaslı təxribat” adlandırıb.
Rusiya Polşanın hava sərhədini pozub | VİDEO Onun sözlərinə görə, Rusiya PUA-larının NATO ərazisi üzərində vurulması ilk dəfə deyil. Donald Tusk təhlükə yaradan bütün dronların vurulduğunu və vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdırıb. İnsident nəticəsində ölən olmayıb.
Avropa İttifaqının Xarici İşlər və Təhülkəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas isə, Rusiya PUA-larının bu gecə Polşa səmasına soxulmasını məqəsdyönlü addım adlandırıb.
- Yaşanan insident Rusiyanın Ukraynaya təcavüzünün başlamasından sonra Avropa hava məkanının ən ciddi şəkildə pozulmasıdır. Polşaya dronların daxil olması təsadüfi deyil, bunun qəsdən həyata keçirildiyinə dair sübutlar var”, - Avropa diplomatiyasının rəhbəri iddia edib.
Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı xəbəri şərh etmək istəməyib. Jurnalistlərin Rusiya PUA-larının Polşanın hava məkanını pozmasından xəbəri olub-olmaması ilə bağlı sualına Amerika lideri heç bir cavab verməyib.
Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk NATO-nun baş katibini Polşa səmasının “obyektlər” tərəfindən pozulması və onlara qarşı görülən tədbirlər barədə məlumatlandırdığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://azvision.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri