“NATO Rusiya ilə müharibə aparır, bu faktdır” Peskovdan sensasion açıqlama
Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, NATO faktiki olaraq Ukrayna müharibəsində tərəfdir.
Hurriyyet.az xəbər verir ki, Peskov Polşanın xarici işlər naziri Radoslav Sikorskinin “NATO Rusiya ilə vuruşmur” sözlərini şərh edərkən belə deyib:
“NATO de-fakto bu müharibədə iştirak edir. Kiyevə həm dolayı, həm də birbaşa dəstək göstərməklə alyansın bu qarşıdurmada iştirakı artıq sübuta ehtiyac duymur”.
Kreml sözçüsü əlavə edib ki, Rusiya Ukrayna böhranını siyasi-diplomatik yolla həll etməyə hazırdır, lakin danışıqlarda açıq-aydın fasilə yaranıb. Onun sözlərinə görə, Avropa münaqişənin əsas səbəblərinin həllinə diqqət yetirmək istəmir, həm Kiyev, həm də Avropa yüksək səviyyəli görüşün hazırlığına hazır deyil.
Peskov həmçinin Qərbdə müzakirə olunan Moskvanın dondurulmuş aktivlərinin müsadirəsi mövzusuna da toxunaraq xəbərdarlıq edib: “Əgər bu addım atılarsa, Rusiya hüquqi tədbirlər görəcək və öz mülkiyyətini müdafiə edəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 15 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















