NATO Rusiyanı eskalasiyaya səbəb olan hərəkətlərə dərhal son qoymağa çağırıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
NATO “Rusiyanın 19 sentyabr tarixində Estoniyanın hava məkanını təhlükəli şəkildə pozmasını qətiyyətlə pisləyən” bəyanat qəbul edib.
APA xəbərinə gör, bu gün Şimali Atlantika Şurası Estoniyanın tələbi ilə keçirdiyi toplantının yekunu olaraq yayılan bəyanatda deyilir ki, “Estoniyanın hava sərhədinin qırıcılar tərəfindən pozulması, digər müttəfiqlərin hava sərhədinə müdaxilələr Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışlarının genişlənən nümunəsinin bir hissəsidir”.
Bildirilib ki, Rusiya bu hərəkətlərə görə tam məsuliyyət daşıyır: “Bu addımlar eskalasiyaya səbəb olur, yanlış hesablamalar riskini artırır və insan həyatını təhlükəyə atır. Bu hərəkətlərə dərhal son qoyulmalıdır”.
Bəyanatda daha sonra bildirilir ki, NATO və müttəfiqlər beynəlxalq hüquqa uyğun olaraq, özünü müdafiə etmək və hər cür təhlükənin qarşısını almaq üçün zəruri olan hərbi və qeyri-hərbi vasitələrdən istifadə edəcək.
“Biz cavablarımızı vaxtını, formasını və məkanını özümüz seçərək həyata keçirəcəyik. 5-ci maddəyə olan öhdəliyimiz sarsılmazdır”.
Bəyanatda o da qeyd olunub ki, Alyans üzvləri Rusiyanın bu qəbildən olan bütün cəhdlərinə baxmayaraq, Ukraynaya verdikləri dəstəyi davam etdirəcəklər: “Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizə töhfə verir və bu ölkənin Rusiyanın qəddar və təcavüzkar müharibəsinə qarşı özünü müdafiə etmək hüququ var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 23 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















