Icma.az
close
up
RU
NATO Rusiyaya qarşı 4 cü maddəni işə saldı Nələr gözlənilir?

NATO Rusiyaya qarşı 4 cü maddəni işə saldı Nələr gözlənilir?

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

“Polşa hava məkanına daxil olan Rusiya PUA-ları NATO-nun təhlükəsizlik arxitekturası üçün sadəcə texniki insident deyil, daha dərindən strateji əhəmiyyət daşıyan bir anın başlanğıcıdır. NATO təyyarələrinin bu dronları vurması, ittifaqın suverenlik və təhlükəsizlik prinsiplərinə toxunan ciddi siqnaldır. Polşanın 4-cü maddəni işə salması isə sadəcə “məsləhətləşmə” deyil, eyni zamanda ittifaqın koordinasiya, reaksiya və eskalasiyanı idarəetmə qabiliyyətinin real sınağıdır”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə deyib.

O bildirib ki, məlum insident Rusiya üçün bir neçə məqsədə xidmət edə bilər:

“NATO-nun reaksiya sürətini yoxlamaq, Ukraynaya hücum marşrutlarını test etmək və Avropada qorxu, qeyri-müəyyənlik yaratmaq. Belə manevrlər Moskvanın müttəfiqlərin davranışlarını müşahidə edib ona uyğun strategiyalar qurmasına şərait yaradır.

Hadisənin əsas aspekti atribusiyadır: yəni kimin məsuliyyət daşıdığı. Dəlillər olmadan verilən sərt qərarlar vəziyyəti daha da gərginləşdirə bilər. Koordinasiyalı reaksiya isə həm hərbi, həm də diplomatik sahələrdə sinxronluq tələb edir. Hərbi reaksiya sərt olmamalı, eskalasiyanı önləyəcək şəkildə ölçülü və çoxpilləli olmalıdır.

İlk addım olaraq, NATO-nun Polşaya siyasi və texniki dəstək verməsi, kəşfiyyat və hava-müdafiə imkanlarını artırması gözlənilir. Paralel olaraq, diplomatik və iqtisadi təzyiqlər, o cümlədən sanksiyalar gündəmə gələ bilər. Hərbi müdaxilədən yayınaraq, Ukraynaya əlavə müdafiə və elektron-müharibə texnologiyası göndərmək və Moskva ilə insidentlərin qarşısını almağa yönəlik kanalların qurulması daha ağıllı seçim ola bilər.

Rüstəm Tağızadə

Əgər NATO yanlış atribusiya və ya emosional reaksiya verərsə, bu, daha geniş qarşıdurma riskini artırar. Əks halda, yaxşı koordinasiya edilmiş cavab həm NATO-nun nüfuzunu möhkəmləndirə bilər, həm də Rusiyanın bu tip manevrlərini nəticəsiz buraxa bilər.

Nəticə olaraq, bu hadisə hava məkanı və pilotsuz texnologiyalar üzərindən aparılan yeni tip münaqişələrin necə ciddi təhlükəyə çevrilə biləcəyini göstərdi. NATO-nun reaksiyası sabit, hesablanmış və sübuta əsaslanmış olarsa, bu, Avropanın təhlükəsizliyini gücləndirə bilər. Əks təqdirdə, qeyri-müəyyənlik və gecikmə Rusiyanın strateji üstünlüyünə çevrilə bilər. Hazırkı mərhələdə genişmiqyaslı müharibə ehtimalı yüksək deyil, çünki hər iki tərəf belə eskalasiyanın ciddi nəticələr doğuracağını anlayır. Lakin bu, NATO üçün həm sınaq, həm də möhkəmlənmək üçün fürsətdir”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see356

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see289

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see237

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see178

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see143

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see140

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri