NATO sammitinin aşpazı: “Liderlər üçün Anadolu menyusu hazırladıq”
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Türkiyədə keçirilən NATO sammiti çərçivəsində təşkil olunan rəsmi dövlət qəbulunda qonaqlara Anadolu mətbəxinin seçilən təamlarını təqdim edilib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə sammitin rəsmi ziyafətinin hazırlanmasında iştirak edən aşpaz Sinem Özler bildirib.
Onun sözlərinə görə, NATO sammiti ilə bağlı hazırlıqlar səkkiz ay əvvəl başlayıb. Seinem və komandası isə prosesə təxminən 45 gün əvvəl qoşulub.
“Bizə müxtəlif kateqoriyalar üzrə rəsmi qəbul menyuları ilə bağlı tapşırıqlar verildi. Təxminən bir ay yarım ərzində keçirilən görüşlərdə menyularımızı və təqdimatlarımızı nümayiş etdirdik”, – deyə o, bildirib.
Aşpaz bildirib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğan rəsmi qəbulun təşkili və qonaqların qarşılanması məsələləri ilə şəxsən maraqlanıb.
“Bir qadın aşpaz kimi bu dəvəti almaq mənim üçün böyük qürurdur”, – deyə o vurğulayıb.
Özlerin sözlərinə görə, əsas məqsəd qonaqlara türk mətbəxini və ölkənin mədəniyyətini tanıtmaq olub. O, əlavə edib ki, sammitin keçirildiyi 7–8 iyul tarixləri həm Külliyə komandası, həm də aşpazlar üçün həyəcanlı və məsuliyyətli keçib.
Aşpaz menyuda yer alan xüsusi yeməklərdən də danışıb. Bildirib ki, içli köftə və balqabaq çiçəyi dolması onların xüsusi hazırladıqları təamlar olub. Bundan başqa menyuda Urla bölgəsindən gətirilən ənginar da təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 İyul 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















