Icma.az
close
up
RU
NATO u qorxudan Rusiya raketi: Bir də belə tanıyın

NATO u qorxudan Rusiya raketi: Bir də belə tanıyın

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın nüvə enerjisi ilə işləyən qitələrarası qanadlı raketi “Burevestnik” NATO ittifaqı tərəfindən ciddi bir təhlükə kimi qiymətləndirilir. 

"Cebheinfo.az" xəbər verir ki, bun “Euronews” gizli NATO sənədinə əsaslanaraq yazıb.  Xəbərə görə, 21 oktyabrda sınaqdan keçirilən bu raketin Rusiya tərəfindən yerləşdirilməsi halında NATO-nun nəzarət etməkdə çətinlik çəkəcəyi bir risk yaradacağı bildirilir. Gizli sənəddə raketin “qeyri-adi uçuş məsafəsi və manevr qabiliyyətinin” mövcud müdafiə problemlərini daha da ağırlaşdıracağı qeyd olunur. 

NATO rəsmiləri bu silahın ittifaqın müdafiəsi üçün əhəmiyyətli təhlükə yarada biləcəyini bildirirlər. Sənədlərdə “Rusiya bu sistemi yerləşdirsə, NATO nəzarəti çox çətin olan bir təhlükə ilə üz-üzə qalacaq” xəbərdarlığı yer alır. Lakin bütün mütəxəssislər “Burevestnik” raketinin effektivliyi barədə eyni fikirdə deyil. 

Bəzi analitiklər hesab edirlər ki, nüvə reaktoru uğurla və sabit işləsə belə, bu raket Rusiyaya əhəmiyyətli strateji üstünlük qazandırmaya bilər. 

“Burevestnik” raketinin məlum xüsusiyyətləri bunlardır: 

*Mühərrik: Nüvə enerji qurğusu (raketin əsas xüsusiyyəti) 
*Döyüş başlığı: Nüvə 
*Sürət: Səsdən aşağı və ya səsdən yüksək 
* Uçuş profili: Aşağı hündürlükdə uça bilir, aşkarlama sistemlərindən yayınma qabiliyyətinə malikdir.

 Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov oktyabr ayının sonunda verdiyi açıqlamada raketin 14000 km məsafəni 15 saat ərzində qət etdiyini təsdiqləmişdi. Prezident Vladimir Putin isə sınaq zamanı bölgədə bir NATO kəşfiyyat gəmisinin olduğunu bildirərək, “Burevestnik” raketinin uçuş məsafəsi baxımından dünyadakı bütün məlum raket sistemlərini geridə qoyduğunu iddia etmişdi. NATO sənədində nüvə enerjisi ilə işləyən sualtı pilotsuz vasitə “Poseidon” da əhəmiyyətli bir təhlükə kimi qiymətləndirilir. 

“Poseidon”u daşıyan sualtı qayıqların dərinlikdə olarkən aşkarlanması və onlara hücum edilməsi çətindir. NATO-nun isə hazırda bu pilotsuz vasitəni zərərsizləşdirmək üçün “lazımi sürət və məsafəyə malik torpedolara sahib olmadığı” qeyd olunur. Putin “Poseidon”un gücünün Rusiyanın digər strateji raketi olan “Sarmat”ı belə əhəmiyyətli dərəcədə üstələdiyini deyib. Rusiya lideri daha əvvəl dəfələrlə Rusiyanın NATO ölkələri ilə müharibə aparmaq üçün heç bir səbəbi və marağı olmadığını vurğulayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Açar sözlər: NATO Rusiya “Burevestnik”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Noyabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri