NATO Ukrayna üzrə sülh planında mövqelərini MÜƏYYƏNLƏŞDİRDİ
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
NATO Ukrayna ilə bağlı hazırlanacaq mümkün sülh planında israr edəcəyi bir sıra “qırmızı xətlər” müəyyənləşdirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, adı açıqlanmayan dörd diplomat bəyan edib ki, alyansın bəzi üzvləri sülh sazişi formalaşdırılmadan əvvəl məsləhətləşmək istədikləri xüsusi mövqelərə malikdirlər. Finlandiyanın xarici işlər naziri Elina Valtonen də ölkəsinin tərəfdaşları və müttəfiqləri ilə birlikdə bu “qırmızı xətləri” işlədiyini təsdiqləyib.
Məlumata əsasən, bu xətlər Kiyevin NATO-ya üzvlüyü, alyans ölkələrinin ərazisində qoşun və silahların yerləşdirilməsi, həmçinin beynəlxalq hüquqa əməl olunması kimi məsələləri əhatə edir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 03 Dekabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















