Icma.az
close
up
RU
NATO və Almaniyadan oxşar iddialar: Rusiya NATO ya hücum edə bilər

NATO və Almaniyadan oxşar iddialar: Rusiya NATO ya hücum edə bilər

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Kiyevdə hücumlarını davam etdirdiyi bir vaxtda Qərbdən iki mühüm xəbərdarlıq gəlib.

Bizimyol.info xəbər verir ki, Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri bildirib ki, “Rusiya Qərbə doğru genişlənmək niyyətindədir”. NATO Baş katibi isə “Moskva 5 il ərzində NATO-ya qarşı hücuma hazır ola bilər” deyə açıqlama verib.

Almaniyanın Xarici Kəşfiyyat Xidməti – BND, Rusiyanın NATO ərazilərinə mümkün hücumu ilə bağlı xəbərdarlıq edib. Xidmətin rəhbəri Bruno Kahl bildirib ki, Rusiya yalnız Ukrayna ilə kifayətlənməyəcək və Qərbə doğru daha da genişlənmək planları qurur. Vəzifə müddətinin sonuna yaxınlaşan Kahl, “Table.Today” podkast proqramında çıxışı zamanı: “Ukraynanın Rusiyanın planında Qərbə doğru atılan bir addım olduğuna dair kəşfiyyat sübutlarımız var və bu məsələdə olduqca əminik”, - deyib.

Alman kəşfiyyatına görə, Moskvadakı bəzi dairələr NATO-nun Kollektiv Müdafiə haqqında 5-ci maddəsinin artıq işləmədiyinə inanır. Kahl, bu şəxslərin NATO-nun iradəsini və qərarlılığını sınağa çəkmək istədiklərini vurğulayıb. NATO-nun 5-ci maddəsinə əsasən, bir üzv ölkəyə edilən hücum bütün Alyansa edilmiş sayılır və bütün üzvlər birgə cavab verir. Lakin BND-yə görə, Vladimir Putin bu təhlükəsizlik təminatını şübhə altına almaq istəyir.

Kahlın sözlərinə görə, Rusiyanın əsas məqsədi NATO-nu 1990-cı illərdəki sərhədlərə çəkməkdir. O deyib: “Rusiya ABŞ-ı Avropadan uzaqlaşdırmaq istəyir və bu məqsədə çatmaq üçün hər cür üsula əl atmağa hazırdır”. 1999-cu ildə NATO Polşa, Çexiya və Macarıstanın üzvlüyü ilə şərqə doğru genişlənmişdi. Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva isə 2004-cü ildə NATO-ya üzv olmuşdu. Bu ölkələr indi Rusiyanın potensial hücum hədəfləri sayılır.

BND rəhbəri Qərbin hazırda ən güclü silahının “caydırıcılıq” olduğunu vurğulayıb və əlavə edib: “Caydırıcılıq müharibənin qarşısını almağın ən az qanlı yoludur.”

Kahl əlavə edib ki, Rusiyayla bu mərhələdə aparılan danışıqların nəticə verməsi real görünmür. “Putinin düşüncə tərzində və aqressiv siyasətində ən kiçik dəyişiklik olduğuna dair əlimizdə heç bir işarə yoxdur,” – deyə o bildirib.

NATO-nun Baş katibi Mark Rutte də Rusiyanın ordusunu yenidən qurduğunu və gözləniləndən daha sürətli silah istehsal etdiyini bildirib. O deyib ki, “Rusiya 5 il ərzində NATO-ya qarşı hərbi güc tətbiq etməyə hazır ola bilər”.

Rutte, 24-25 iyun tarixlərində Niderlandın Haaqa şəhərində keçiriləcək NATO sammitində üzv ölkələrin ÜDM-nin 5%-ni müdafiə xərclərinə ayırmaq məsələsində razılığa gələcəyinə ümid etdiyini bildirib.

Londondakı “Chatham House” düşüncə mərkəzində çıxış edən Rutte: “Rusiya, Çin, Şimali Koreya və İranla əməkdaşlıq edərək hərbi potensialını artırır. Çin texnologiyası ilə ordusunu yenidən təşkil edir və gözləniləndən daha sürətli silah istehsal edir. NATO-nun bir ildə istehsal etdiyi sursatı Rusiya üç ayda istehsal edir. Bu il 1500 tank, 3000 zirehli texnika və 200 “İskəndər” raketi istehsal edəcəyi gözlənilir. Rusiya 5 ilə NATO ilə hərbi qarşıdurmaya hazır ola bilər. Özümüzü aldatmayaq – artıq hamımız Şərq cəbhəsindəyik”, - deyib.

Ukraynanın ötən həftə Rusiyanın hərbi bazalarına zərbələr endirməsindən sonra Moskva intiqam xarakterli hücumlarını artırıb. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya son gecə paytaxt Kiyev və Qara dəniz sahilindəki Odessa şəhərinə 322 partlayıcı yüklü dron göndərib.

Kiyevə, həmçinin Şimali Koreya istehsalı olan 2 “KN-23” ballistik raketi və 5 “İskəndər” raketi atılıb. Ukrayna rəsmiləri bu raketlərin hamısının havada məhv edildiyini bildirsə də, “Şahid” tipli dronların bir hissəsi Kiyevə çataraq bir neçə yanğına səbəb olduğu da qeyd edilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri