NATO xarici işlər nazirləri Brüsseldə toplaşacaq
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Dekabrın 3-də NATO ölkələrinin xarici işlər nazirləri Brüsseldə görüşəcəklər.
APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Görüşün məqsədi Haaqada iyun ayında keçirilmiş sammitdən sonra əldə olunan irəliləyişi qiymətləndirmək və 7–8 iyul 2026-cı ildə Ankarada keçirilməsi planlaşdırılan növbəti Alians liderləri sammitinə hazırlıqdır.
NATO nümayəndəsinin “UNIAN”-a bildirdiyinə görə, nazirlər şərq cinahında “Rusiyanın getdikcə daha məsuliyyətsiz davranışını” və Baltik dənizində, eləcə də Alyans sərhədləri boyunca müdafiənin gücləndirilməsi tədbirlərini müzakirə edəcəklər.
O bildirib ki, həmçinin Ukraynanın xarici işlər naziri Sbiqanın və Aİ-nin ali nümayəndəsi Kaya Kallasın iştirakı ilə NATO–Ukrayna Şurasının iclası keçiriləcək və burada Ukraynaya dəstəyin davam etdirilməsi məsələsi gündəmdə olacaq.
“Ukraynanın təhlükəsizliyi Alyansın təhlükəsizliyi ilə sıx bağlıdır. Ukraynaya qarşı müharibənin dayandırılması və ədalətli, davamlı sülhün təmin olunması səyləri davam edərkən, Ukraynanın bu gün özünümüdafiə üçün və gələcək təcavüzün qarşısını almaq üçün zəruri olan təcili hərbi yardımı alması son dərəcə vacibdir”, - NATO nümayəndəsi bildirib.
O qeyd edib ki, yardımın koordinasiyası Visbaden şəhərindəki NATO komandanlığı və müttəfiqlərin maliyyələşdirdiyi, ABŞ ehtiyatlarından texnika ötürülməsini təmin edən PURL mexanizmi vasitəsilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















