Icma.az
close
up
RU
NATO zəifləsə, Avropanı nə gözləyir? Ekspertdən xəbərdarlıq

NATO zəifləsə, Avropanı nə gözləyir? Ekspertdən xəbərdarlıq

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"NATO-nun sabiq baş katibi Yens Stoltenberqin səsləndirdiyi fikirləri real ehtimal kimi dəyərləndirməliyik. Əgər NATO zəifləsə və ya tamamilə dağılsa, Avropa təhlükəsizliyi üçün nəticələr olduqca ağır olacaq".

Bu sözləri Qaynarinfo-ya açıqlamasında politoloq Zaur İbrahimli Norveçin keçmiş baş naziri və NATO-nun sabiq baş katibi Yens Stoltenberqin alyansın yaxın gələcəkdə fəaliyyətini dayandıra biləcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib. 

Politoloqun fikrincə, ilk növbədə Avropa ABŞ-ın nüvə çətiri və güclü hərbi imkanları kimi əsas təhlükəsizlik zəmanətlərini itirə bilər:

"NATO-nun hazırkı baş katibi Mark Rutte avropalı həmkarlarına açıq şəkildə bildirib ki, "xəyallara inanmaq olmaz". Çünki ABŞ-ın təmin etdiyi müdafiə səviyyəsinə çatmaq üçün Avropa İttifaqı ölkələrinin müdafiə xərcləri 5 faiz deyil, təxminən 10 faiz olmalıdır. ABŞ-ın nüvə çətiri olmadan Avropa ölkələri ya öz nüvə proqramlarını inkişaf etdirmək məcburiyyətində qala bilər. Fransanın bu sahədə imkanları isə məhduddur və NATO-nun təmin etdiyi genişmiqyaslı nüvə çətirini əvəz edə bilməz. NATO-nun zəifləməsi birbaşa Rusiyanın maraqlarına xidmət edəcək. Alyansın kollektiv müdafiə prinsipi olmadan Rusiya Şərqi Avropa ölkələrinə qarşı daha real təcavüzkar addımlar ata bilər".

Zaur İbrahimli vurğulayıb ki, Donald Trampın NATO-nu "kağız pələng" adlandırması və alyansdan çıxmaqla bağlı təhdidləri vəziyyəti daha da gərginləşdirir:

"Bu cür bəyanatlar Rusiyanı NATO üzvlərinin bir-birini müdafiə edib-etməyəcəyini test etməyə sövq edə bilər. Mövcud proseslər göstərir ki, NATO köklü transformasiya mərhələsinə daxil ola bilər. Ənənəvi, dəyərlərə əsaslanan strateji birlik modeli yerini daha çox əməliyyat yönümlü təhlükəsizlik yanaşmasına verə bilər. Bu isə Avropada təhlükəsizlik arxitekturasının zəifləməsinə, hər bir ölkənin daha çox özünü qorumağa çalışmasına gətirib çıxara bilər. Nəticədə Avropa İttifaqının belə dağılması riski arta bilər".


Ekspert qeyd edib ki, Trampın NATO-ya yanaşması kollektiv müdafiə prinsipini şübhə altına alır:

"O, dəfələrlə alyansı "faydasız” adlandırıb və üzv ölkələrin kifayət qədər maliyyə töhfəsi vermədiyini bildirib. Trampın yanaşması "pulunu ödə və sistemdə qal” prinsipinə əsaslanır. Onun irəli sürdüyü 5 faizlik müdafiə xərci tələbinə əməl etməyən ölkələrin qərarvermə prosesindən kənarlaşdırılması təklifi bunun nümunəsidir. Bu gərginlik artıq praktikada da özünü göstərir. Məsələn, Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi iddialar və İranla bağlı gərginlik fonunda bəzi Avropa ölkələrinin ABŞ-a dəstək verməməsi buna misaldır".

Politoloqun sözlərinə görə, NATO-nun hazırkı baş katibi Mark Rutte balans yaratmağa çalışır:

"O, NATO sammitində Trampı qane edəcək 5 faizlik müdafiə xərci razılaşmasına nail olub. Rutte ABŞ-ın tələbləri ilə Avropanın maraqları arasında tarazlıq yaratmağa çalışır. Bu yanaşma hələlik alyansı daha böyük böhrandan qoruyur. Lakin bəzi tənqidçilər hesab edir ki, o, Trampa həddindən artıq güzəştə gedir və bu da Vaşinqtonu daha sərt mövqe tutmağa təşviq edir".

Zaur İbrahimli hesab edir ki, NATO-nun gələcəyi əsasən ABŞ-da qəbul edilən siyasi qərarlardan və Avropanın müdafiə xərclərini artırmaq iradəsindən asılıdır:

"Əgər NATO dağılsa, qlobal güc balansı köklü şəkildə dəyişəcək və bundan ən çox zərər görən tərəf Avropa olacaq. Bununla belə, hazırda alyansın bütövlüyünü qoruyub saxlamaq ehtimalı daha yüksək qiymətləndirilir”. 

Bundan əvvəl Yens Stoltenberq daha əvvəl bildirib ki, NATO-nun mövcudluğu əbədi deyil və qarşıdakı onillikdə alyansın taleyi tam təmin olunmayıb. O, həmçinin xatırladıb ki, Donald Tramp hələ əvvəlki prezidentlik dövründə də ABŞ-ın NATO-dan çıxa biləcəyini gündəmə gətirmişdi.

Siyasət şöbəsi


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Aprel 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri