NATO Zirvəsinə görə Ankarada Qırmızı Zona tətbiq ediləcək
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
7-8 iyul tarixlərində Ankarada keçiriləcək 36-cı NATO Zirvəsinə hazırlıq çərçivəsində Esenboğa Hava Limanı, zirvə sahəsi, protokol marşrutları və nümayəndə heyətlərinin qalacağı ərazilər ətrafında "qırmızı zona" tətbiq olunacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, zirvə ilə əlaqədar paytaxtda təhlükəsizlik və nəqliyyat tədbirləri ən yüksək səviyyədə olacaq.
Bu çərçivədə, 1-15 iyul tarixləri arasında şəhərdə nümayişlərə və yürüşlərə icazə verilməyəcək.
Zirvə üçün istifadə ediləcək Esenboğa Hava Limanı və Etimesgut Hava Limanına gedən marşrutlar, Prezident Kompleksinin yerləşdiyi Söğütözü məhəlləsi, zirvə iştirakçılarının qalacağı otellərin ətrafındakı ərazilər və tranzit marşrutları qırmızı zonalar kimi təyin ediləcək.
Bu ərazilərə nəqliyyat vasitələrinin və piyadaların girişi nəzarət altına alınacaq. Nümayəndə heyətlərinin qalacağı 15 otelin yerləşdiyi ərazilərdə də təhlükəsizlik tədbirləri artırılacaq.
Zirvə toplantısı zamanı 40.000 polis və jandarma heyəti səfərbər olacaq. Təhlükəsizlik tədbirlərinə mülki polis də dəstək verəcək.
Zirvə boyunca Esenboğa Hava Limanı və ətrafında fövqəladə təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Xaricdən hava limanına uçuşlar məhdudlaşdırılacaq.
Süleyman
Bu mövzuda digər xəbərlər:Ankarada NATO Zirvəsinə start verildi
07 İyul 2026 12:09
NATO zirvəsinə görə Ankarada uçuşlarda dəyişiklik gözlənilir
02 İyul 2026 17:56
Ankarada qırmızı bülletenlə axtarılan qadın TUTULDU
03 Dekabr 2024 12:40
Ankarada qırmızı bülletenlə axtarılan türkmən saxlanıldı
03 Dekabr 2024 12:18
Baxış sayı:140
Bu xəbər 04 İyun 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















