NATOdan Aktaudakı təyyarə qəzası barədə açıqlama
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
NATO AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Axar.az xəbər verir ki, bu barədə Alyansın mətbuat katibi Fərəh Daxlallaha "X" hesabında paylaşım edib.
"Düşüncələrimiz və dualarımız "Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı aviareysinin qurbanları və ailələri ilə birlikdədir. Qəzada xəsarət alanların tezliklə sağalmasını arzulayırıq və məsələni hərtərəfli araşdırmağa çağırırıq",- məlmatda qeyd edilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 26 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















