NATOnun baş katibi: Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm
Icma.az, Mia.az saytına istinadən bildirir.
"Ərdoğanla görüşü səbirsizliklə gözləyirəm".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Rutte deyib.
O, vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərinə toxunaraq bildirib ki, terror təhlükəsi, Ukraynadakı müharibə və Yaxın Şərqdəki böhran da daxil olmaqla, kollektiv təhlükəsizliklə bağlı artan çağırışları həll etmək üçün prezident Ərdoğanla görüşəcək: "Türkiyə cənub cinahımızda çəkindirmə qüvvəsini gücləndirərək, ittifaqımıza əvəzsiz töhfə verir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna, təsirli müdafiə sənayesinə malikdir. Türkiyə 70 il güclü və qətiyyətli müttəfiqdir. Ankaraya səfərimdə prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülər ilə müzakirələrimiz olacaq".
Baş katib əlavə edib ki, Türkiyə müdafiə sənayesi rəsmiləri ilə də görüşəcək: "Həmçinin, Türk Aerokosmik Sənaye A.Ş.-nin obyektlərinə və Anıtkabirə baş çəkəcəm".
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 25 Noyabr 2024 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















