NATOnun baş katibi Ukraynaya Rusiya ilə sülh danışıqlarını təxirə salmağı təklif edib
Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.
NATO-nun baş katibi Mark Rutte Kiyevə təklif edib ki, alyans Ukrayna ordusuna yeni silah və texnika göndərməklə Ukraynanın danışıqlarda mövqeyini gücləndirənə qədər Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın.
Missiya.Az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
“Rutte ötən axşam təklif edib ki, Qərb müttəfiqləri kifayət qədər hərbi yardım göndərənə qədər Ukrayna Rusiya ilə istənilən sülh danışıqlarını təxirə salsın”, - deyə vurğulanıb.
Qeyd edək ki, Rutte bundan əvvəl bildirmişdi ki, NATO üzvləri Ukraynanı alyansa dəvət etməyi deyil, yalnız silah tədarükü məsələsini müzakirə edirlər.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:NATO Baş katibi Kiyevə sülh danışıqlarını təxirə salmağı təklif edib “The New York Times”
04 Dekabr 2024 11:49
NATOnun baş katibi: Ukraynaya əsgər yox, ideya lazımdır
03 Dekabr 2024 16:20
İstənilən sülh danışıqları təxirə salınmalıdır NATOnun baş katibi
04 Dekabr 2024 10:45
NATOnun 100 min əsgəri Ukraynaya yeridiləcək Rusiya kəşfiyyatı
30 Noyabr 2024 11:44
Baxış sayı:142
Bu xəbər 04 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















