Icma.az
close
up
RU
“Natura” Meyvə Şirələrinin İstehsal Prosesi: Təhlükəsizlik, Keyfiyyət və Tam Nəzarət VİDEO

“Natura” Meyvə Şirələrinin İstehsal Prosesi: Təhlükəsizlik, Keyfiyyət və Tam Nəzarət VİDEO

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Qəbələ Konserv Zavodunda istehsal olunan "Natura" meyvə şirələri müasir texnologiyaya əsaslanan istehsal xətti və ciddi keyfiyyət nəzarəti altında hazırlanır. İstehsal prosesində istifadə olunan xammalın mənbələri müxtəlifdir: nar, şaftalı və alma kimi meyvələr yerli bağlardan əldə edilir, tropik meyvələr konsentartları isə iqliminə uyğun olaraq xaricdən idxal olunur. Zavoda qəbul edilən hər bir xammal partiyası laboratoriya şəraitində analiz edilərək uyğunluğu təsdiqləndikdən sonra istehsala buraxılır.

Meyvə şirəsinin istehsalı tam nəzarət altında mərhələli şəkildə həyata keçirilir. Zavoda daxil olan meyvələr əvvəlcə seçilir və yuyulur. Daha sonra pressləmə və süzmə proseslərindən keçirilir. Məhsula qısa müddətli, kontrollu istilik emalı tətbiq edilir ki, bu da mikrobioloji təhlükəsizliyi təmin etməklə yanaşı, meyvənin təbii rəngini, dadını və qida dəyərini qorumağa imkan verir.

Zavodun qablaşdırma xətti avtomatlaşdırılmış sistemlərlə idarə olunur. Şirə aseptik şəraitdə - hava ilə təmas olmadan qablaşdırılır. Bu texnologiya məhsulun tərkibinə konservant əlavə edilməsini zəruri etmir. Məhz buna görə "Natura" şirə və nektar məhsullarında konservantlardan istifadə olunmur.

Qablaşdırma seçimi məhsulun təhlükəsizliyi və istehlak rahatlığı nəzərə alınaraq həyata keçirilir. Natura meyvə şirələri işıq keçirməyən, xarici təsirlərə davamlı, daşınma və saxlama rahatlığı ilə seçilən Tetrapak qablarda, həmçinin şüşə qablaşmada istehlakçıya təqdim olunur. Hər iki qablaşdırma növü şirənin xarici təsirlərdən qorunmasına xidmət edir. 

Satışdan əvvəl məhsullar mikrobioloji, kimyəvi və orqanoleptik göstəricilər üzrə laborator analizlərdən keçirilir. Brix, turşuluq, rəng, dad və ətir balansı yoxlanılır, nəticələr sənədləşdirilir və istehsal tarixi ilə birlikdə məhsulun etiketində öz əksini tapır. Bu məlumatlar məhsulun izlənə bilməsi və istehlakçı üçün şəffaflıq baxımından böyük əhəmiyyət daşıyır.

İstehlakçılara məhsul alarkən qablaşdırmanın bütövlüyünə diqqət etmələri tövsiyə olunur. Hər hansısa bir səbəbdən şişmiş, zədələnmiş və ya deformasiyaya uğramış qablaşdırma daxilində olan məhsulun sterilliyinin pozulması ehtimalını yaradır. Açılmış şirələrin soyuducuda saxlanması və məhsulun üzərində qeyd edilən təlimatlara uyğun istehlak edilməsi vacibdir.

"Natura" şirələri istehlakçıya çatana qədər bütün istehsal mərhələlərində nəzarət, laborator analiz və beynəlxalq standartlara uyğunluqla təmin olunur. Məqsəd istehlakçıya yalnız şirə deyil, təbii dadın qorunmuş, sabit və təhlükəsiz formada təqdim edilməsidir.

Ölkənin aparıcı qida sənayesi şirkətlərindən biri olan Novex Group-un tərkibində fəaliyyət göstərən Qəbələ Konserv Zavodu qabaqcıl texnologiyalara malik müasir istehsal müəssisələrindən biridir. 16 hektarlıq ərazidə yerləşən zavodun 3 əsas istehsal sahəsi mövcuddur. Burada meyvə şirələri, nektarlar, meyvə konsentratları, qazlı və qazsız içkilər, həmçinin çips məhsulları istehsal olunur.

Müəssisə illik 30 min ton meyvə emalı və 90 min ton meyvə şirəsi istehsal gücünə malikdir. Zavodda Jalə, Zolotoy Sad, Natura, Mia, I'm tea, Frutiva və Chipsim kimi tanınmış markaların məhsulları hazırlanır. Məhsullar həm yerli, həm də beynəlxalq bazarlarda geniş tələbatla qarşılanır.

Qəbələ Konserv Zavodu beynəlxalq FSSC 22000 qida təhlükəsizliyi idarəetmə sistemi sertifikatına malikdir. Bu sertifikat zavodda tətbiq olunan bütün istehsal və nəzarət proseslərinin qida təhlükəsizliyi üzrə ən yüksək qlobal standartlara uyğun olduğunu təsdiqləyir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Noyabr 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri