Navainin Kişineudakı konserti təxirə salınıb
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanəsilli rusiyalı repçi Navai Bəkirovun Moldovanın paytaxtı Kişineudakı keçirilməsi planlaşdırılan konserti təxirə salınıb. Qərarın sənətçinin Qazaxıstanda narkotik vasitələrlə saxlanılmasından sonra verildiyi bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, oktyabrın 16-na nəzərdə tutulan konsert dekabrın 8-nə keçirilib. Təşkilatçılar tamaşaçılara biletlərini saxlamaqla yeni tarixdə tədbirə qatılmaq və ya ödənilən məbləğin geri qaytarılmasını tələb etmək imkanı təklif ediblər.
Xatırladaq ki, Navai oktyabrın 14-də Qazaxıstana giriş zamanı saxlanılıb. Sənətçinin Astanada konsert verməsi planlaşdırılırdı. Məlumata görə, Atlas adlı xidməti it repçinin olduğu avtomobildə qadağan olunmuş maddələr aşkar edib. Avtomobildə Navai ilə yanaşı, sürücü də daxil olmaqla daha üç nəfər olub.
Qeyd olunur ki, reper dindirmə zamanı narkotik vasitələri Bişkekdə əldə etdiyini etiraf edib.
"Mercedes" markalı avtomobili saxlanılarkən özü idarə etdiyi bildirilən Navai narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə etməkdə şübhəli bilinir.
Sənətçi Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər. Həmin maddə üzrə 7 il müddətinə sürücülük hüququndan məhrumetmə və 15 sutkalıq inzibati həbs nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl reperin anası oğlunun şərləndiyini iddia etmişdi. İş üzrə yekun hüquqi qərar barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 15 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















