Navalnının fondu terror təşkilatı kimi tanındı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.
“Qafqazinfo” “RBK” portalına istinadən xəbər verir ki, Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.
Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.
Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.
Baxış sayı:105
Bu xəbər 27 Noyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















