Icma.az
close
up
RU
Navasardyan Bakı səfərindən danışdı: Razılaşma ilə qayıtdıq

Navasardyan Bakı səfərindən danışdı: Razılaşma ilə qayıtdıq

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Təşəbbüsümüz bir aylıq idi, bu müddət ərzində nə dəyişdiyini anlamaq bizim üçün çox vacibdir. Fəaliyyətimizin iki əsas istiqaməti vardı. Birincisi kommunikator kimi işləmək, yəni cəmiyyətimizdə sülh və münaqişənin həlli ilə bağlı mövcud olan ideyaları imkan daxilində Azərbaycandakı tərəfdaşlarımız və rəsmi qurumlara çatdırmaqdır”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan vətəndaş cəmiyyətinin nümayəndəsi, İrəvan Mətbuat Klubunun rəhbəri Boris Navasardyan noyabrın 24-də Bakıya səfərdən qayıtdıqdan sonra keçirilən mətbuat konfransında deyib.

“Ola bilsin, azərbaycanlı həmkarlarımızın da məqsədi eynidir. Bizim üçün vacib idi əmin olaq ki, aramızdakı qarşılıqlı anlaşma yuxarı səviyyələrə də çatır. Əgər İrəvandakı görüş zamanı bir-birimizi başa düşdüyümüzə əmin olduqsa, Bakı səfəri zamanı danışdıqlarımızın ünvanına çatdığına əmin olduq. Elə məsələlər var ki, reaksiyalar açıq və müsbətdir, elələri də var ki, proses gedir və bəlkə də razılaşma əldə edə bilmədiyimiz məqamlar mövcuddur. Bu, belə mürəkkəb prosesdə tamamilə təbiidir.

İndi isə hansı istiqamətlər üzrə açıq şəkildə qarşılıqlı anlaşmaya nail olduğumuzu qeyd edim. Birincisi odur ki, həm Azərbaycan, həm də Ermənistanda ekspert icmaları bu prosesə cəlb olunacaq. Yəni müxtəlif formatlar, müxtəlif tədbirlər olacaq və bu tədbirlərdə müstəqil, fərqli fikirlərə sahib ekspertlər də iştirak edərək öz təklif və baxışlarını təqdim etmək imkanı əldə edəcəklər. İkincisi media sahəsidir. Bizim üçün vacibdir ki, həm Azərbaycan, həm də Ermənistanda media qurumları nizamlanma prosesinə mümkün qədər töhfə versinlər. Bütün məsələlər intensiv şəkildə təqdim edilməlidir, amma faktların təhrif olunmaması vacibdir, çünki bu, prosesin özünə zərər vuran mənfi siqnallar yaradır.

Bu baxımdan, bunu necə edə biləcəyimizi müzakirə etdik və bu, mütləq həyata keçiriləcək. Media ilə aktiv şəkildə işləyəcəyik”, - o bildirib.

Navasardyan daha bir istiqamətə diqqət çəkib:

“Razılaşdığımız məqamlardan biri odur ki, 5+5 formatı bu şəkildə qalmalı deyil, format genişlənəcək, konstruktiv və yaradıcı ideyaları olan bütün insanlar da cəlb olunacaq. Həmçinin rəsmi səviyyədə mövcud gündəm də bizim dəstəyimizlə genişlənəcək. Çox yaxşı anlayırıq ki, danışıqlara ayrılan məhdud vaxt hər bir məsələyə kifayət qədər diqqət yetirmək üçün yetərli deyil.

Buna görə ekspertlərin cəlb edilməsi tələb olunur, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı vacibdir. Təşəbbüskarlar kimi buna maksimum dərəcədə töhfə verəcəyik və düşünürəm ki, yaxın aylar ərzində bu istiqamətdə çox ciddi inkişaflar görəcəksiniz”.

Xatırladaq ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Noyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri