Navrotski Polşanın nüvə silahı əldə etməsini dəstəkləyir
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Polşa nüvə silahı əldə etmək yolunu davam etdirməlidir. Oxuməni.az xəbər verir ki, bu barədə Prezident Karol Navrotski Polsat televiziya kanalına müsahibəsində bildirib.
"Mən Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarıyam. Bütün beynəlxalq qaydaları nəzərə alan bu yol seçməli olduğumuz yoldur", Navrotski beynəlxalq təhlükəsizliklə bağlı sualları cavablandırarkən bildirib.
O, Polşanın təhlükəsizliyinin "hətta nüvə potensialı vasitəsilə" gücləndirilməsini dəstəklədiyini aydınlaşdırıb.
Daha əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski Polşa hakimiyyətinin nüvə silahına çıxış imkanı barədə müzakirə aparmadığını bildirmişdi. Andjey Duda dövlət başçısı vəzifəsində olduğu müddətdə (2015-2025) dəfələrlə Polşada Amerika nüvə silahlarının yerləşdirilməsinin zəruriliyindən danışıb. Bu arada, 2025-ci ilin yazında Polşanın Baş naziri Donald Tusk Polşanın nüvə silahları da daxil olmaqla ən müasir silahlara çıxış əldə etməyə çalışacağını bildirib və Fransa Prezidenti Emmanuel Makronun Fransanın "nüvə çətiri"ni digər Avropa ölkələrinə də genişləndirmək ideyasına maraq göstərib.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Fevral 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















