Icma.az
close
up
RU
“NavyeStoks” tənliyinin həllini azərbaycanlı professor tapdı

“NavyeStoks” tənliyinin həllini azərbaycanlı professor tapdı

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin İğdır Universitetində çalışan azərbaycanlı riyaziyyat elmləri doktoru, professor Kamal Soltanov minillərdir tapılmayan “Navye-Stoks bərabərliyi”ni həll edib.

“Qafqazinfo” “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, Kamal Soltanovun bir çox nailiyyəti olmasına baxmayaraq, onun ən çox səs salan uğuru məhz “Navye-Stoks bərabərliyi”nin həllini tapmasıdır.  

Belə ki, “Navye-Stoks bərabərliyi” uzun illər həlli tapılmayan vacib, klassik məsələlər olan 7 riyazi problemdən biridir. Məlumat üçün bildirək ki, sözügedən 7 riyazi problemdən yalnız biri- “Puankare hipotezi” 2010-cu ildə rus riyaziyyatçısı Qriqori Perelman tərəfindən həll edilib.

120-dən çox elmi məqalənin müəllifi olan Kamal Soltanov tənliyin həllini tapması ilə bağlı bu sözləri bildirib: “Navye-Stoks bərabərliyi” qeyri-xətti olduğu üçün onun həll edilməsi illərlə mümkün olmayıb. Bu tənliklər əldə edildikdən 100 il sonra 1932-ci ildə onun üçün qoyulmuş problemin zəif həllinin varlığı isbat edilib, hansı funksiylar sinfində olduğu tapılıb. Amma “həll təkdir, yoxsa çoxdur” sualı açıq qalıb. Buna görə də 90 il idi heç bir nəticə əldə edilmirdi. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mən bu problemi həll etdim. Bunun çox önəmli olduğunu deməkdən çəkinmirəm”.

Qeyd edək ki, K.Soltanov 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsilini başa vurduqdan sonra Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda işləyib. O, Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında təhsil alıb, bundan sonra Bakıya dönüb və yenidən Riyaziyyat və Mexanika İnstitutunda işə başlayıb. 27 il sözügedən elm ocağında riyaziyyatın sirlərini araşdırıb, namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib. Çalışdığı illərdə elmin üst pilləsinə yüksəlib, professor olub. 

O, 13 il Türkiyənin Hacettepe universitetində işlədikdən sonra 2020-ci ildən bu yana tədqiqatlarını İğdır univeresitetində davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri