Icma.az
close
up
RU
“Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib

“Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 10-da AMEA Naxçıvan Bölməsində Mədəniyyət Nazirliyi və M.F.Axundov adına  Azərbaycan Milli Kitabxanasının birgə hazırladığı “Naxçıvan” biblioqrafiyasının təqdimatına həsr edilən tədbir keçirilib.

Tədbirdən öncə təqdimat iştirakçıları Bölmənin elmi fəaliyyətini əks etdirən zəngin sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev akademik nəşrdə Prezident cənab İlham Əliyevin Sərəncamının, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Nuhçıxandan Naxçıvana” adlı çox əhatəli giriş sözünün və Ulu Öndərimizin Naxçıvanla bağlı fikirlərinin yer almasını xüsusilə vurğulayıb. 

Kitabın həm elmi aparatura cəhətdən, həm də məna və məğzinin mükəmməl şəkildə işlənməsini yüksək qiymətləndirən İsmayıl Hacıyev Naxçıvanın 100 illik tarixini əhatə edən belə bir biblioqrafiyanın hazırlanmasının böyük zəhmət tələb etdiyini diqqətə çatdırıb. Akademik həmçinin kitabın tarixçilər, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulduğunu qeyd edib. Nitqinin sonunda M.F.Axundov adına  Azərbaycan Milli Kitabxanasının bütün kollektivinə minnətdarlıq edib və professor Kərim Tahirova üçcildlik “Naxçıvan tarixi” kitablarını təqdim edib. 

M.F.Axundov adına Azərbaycan Milli  Kitabxanasının direktoru, professor Kərim Tahirov biblioqrafiyanın hazırlanma prosesi və məqsədləri barədə geniş məlumat verib. O bildirib ki, “Naxçıvan” biblioqrafiyası yalnız bir regionun deyil, bütövlükdə Azərbaycanın elmi və mədəni yaddaşının bir hissəsidir. Professor bu nəşrin gələcək nəsillərə miras qalacaq qiymətli mənbə olduğunu vurğulayıb. Kərim Tahirov M.F.Axundov adına Azərbaycan Milli  Kitabxanasının 200-ə yaxın fundamental biblioqrafiyaları içərisində “Naxçıvan” biblioqrafiyasının həmişə yüksəkdə dayanacağını qeyd edib. Nitqinin sonunda İsmayıl Hacıyevə tədbirin təşkilinə və yaradılan şəraitə görə təşəkkür edib.   

Azərbaycanda Atatürk Araşdırma Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Naxçıvanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatının araşdırılıb sistemləşdirilməsi baxımından “Naxçıvan” biblioqrafiyasını yüksək qiymətləndirib. Kərim Tahirov və komandasının işinin təqdirəlayiq olduğunu vurğulayıb. O qeyd edib ki, Naxçıvan bölgəsi Azərbaycançılıq ideyasının formalaşması və yaşadılması baxımından strateji və simvolik əhəmiyyətə malikdir. Nizami Cəfərovun fikrincə, bu cür nəşrlər milli-mənəvi dəyərlərin təbliğində və qorunmasında mühüm rol oynayır. 

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev Ümummilli Lider Heydər Əliyevin Ali Məclisdə AMEA Naxçıvan Bölməsinin yaradılması ilə bağlı nitqinə diqqət çəkib. Professor biblioqrafiyada ardıcılığın gözlənilməsini və elmi təsnifatın aparılmasını yüksək qiymətləndirib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edib. Kərim Tahirovun işinə göstərdiyi yüksək diqqətdən və başçılıq etdiyi kollektivin yaradıcı fəaliyyətindən danışıb. Bu biblioqrafiyanın Naxçıvan ziyalılarına məxsus materialları da əhatə etməsinin əhəmiyyətini qeyd edib. Kitabın tarixi mənbələr əsasında sistemli şəkildə tərtib olunduğunu və gələcək tədqiqatlar üçün etibarlı istinad mənbəyi rolunu oynayacağını bildirib.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvan” biblioqrafiyasının böyük bir zəhmətin bəhrəsi hesab etdiyini qeyd edib. Kitabda əhatə olunan mövzuların genişliyi və təqdimat formasının peşəkarlığını yüksək qiymətləndirib.

Tarix elmləri doktoru, professor Xəzər Hüseynov biblioqrafiyanın əhəmiyyətinə diqqət çəkib. Bu nəşrin tədqiqatçılar üçün geniş imkanlar açdığını qeyd edib.

Onu da qeyd edək ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgiyə də baxış keçirilib. Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Naxchivan-100/index.htm linkindən istifadə edə bilərlər. 

Sonda xatirə şəkli çəkilib.

Səbuhi HƏSƏNOV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri