Icma.az
close
up
RU
Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubiley konfransı keçirilib

Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubiley konfransı keçirilib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dekabrın 1-də Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin ideyalarının işığında Naxçıvan Dövlət Texniki Kollecinin inkişaf yolu” adlı konfrans təşkil olunub.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, dövlət və hökumət rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri və kollecin kollektivi iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Dövlət Texniki Kollecinin bir əsrlik inkişaf yoluna həsr olunmuş sərgiyə baxıblar. 

Konfransın açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Sonra Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin bütün regionları kimi Naxçıvanın da inkişafını daim diqqət mərkəzində saxlayır və muxtar respublikanın sosial-iqtisadi potensialının gücləndirilməsi üçün ardıcıl addımlar atılır. Dövlət başçısının Naxçıvana göstərdiyi qayğı, digər sahələrlə yanaşı təhsil və insan kapitalının inkişafına yönəlmiş layihələrin daha sürətlə həyata keçirilməsinə şərait yaradır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” insan kapitalının gücləndirilməsini əsas strateji hədəf kimi müəyyənləşdirir. Bu çərçivədə peşə təhsilinin rolunun artırılması, müasir ixtisasların tətbiqi və istehsalat mühitinə uyğunlaşdırılmış təlim bazasının yaradılması vacibdir. Naxçıvan Dövlət Texniki Kolleci də bu missiyanın önündə gedərək, real ehtiyaclara uyğun, peşəkar mütəxəssislər hazırlayan aparıcı təhsil müəssisəsi olaraq fəaliyyətini daha da təkmilləşdirməlidir. Yüz illik təcrübəni yenilikçi yanaşmalarla sintez etmək kollecin gələcək nəsillər üçün də güvənilən kadr ocağı olaraq qalmasına şərait yaradır. 

Samir Seyidəhmədli 2024-2025-ci tədris ilində kolleci bitirən 142 məzundan 60-nın ali məktəblərə qəbul olunmasını tədrisin keyfiyyətinin artmasının bariz nümunəsi kimi dəyərləndirərək vurğulayıb ki, kollec 100 illik təcrübəsinə söykənərək tədris prosesinə müasir texnologiyaların tətbiqi, innovativ yanaşmaların təşviqi və yaradıcı təlim mühitinin formalaşdırılması istiqamətində də mühüm addımlar atmalıdır. 

Səlahiyyətli nümayəndənin müavini kollecin yüzillik ənənələrinin davamçılarına – tələbələrə tövsiyələrini verib, təhsil ocağının 100 illik yubileyi münasibətilə bütün kollektivi təbrik edib, hər kəsə yeni uğurlar arzulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev kollecin 100 illiyinin Naxçıvanda təhsil tarixinin önəmli bir səhifəsi olduğunu bildirib. Yeni dövrün tələblərindən, elmi-texnoloji yanaşmalardan bəhs edən rektor universitet-kollec əməkdaşlığının uğurlarını, eləcə də fəaliyyətin təhsil sahəsində həyata keçirilən inkişaf strategiyalarına uyğun davam etdirildiyini qeyd edib, müasir dövrün tələblərinə əsaslanan islahatların aparıldığını, texniki kollecin fəaliyyətinin daha da genişləndirildiyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev kollecdə yaradılan yeni tədris imkanlarından və təhsil ocağının əsrlik yubileyinin ictimai əhəmiyyətindən danışıb. Naxçıvan Dövlət Texniki Kollecinin ötən yüz ildə şərəfli bir yol keçdiyini bildirən Ali Məclis sədrinin müavini vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövründən başlayaraq təhsil ocağı davamlı inkişaf yoluna qədəm qoyub. Kollecin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi isə potensialdan daha səmərəli istifadəyə imkan yaradıb. Arzu Abdullayev Ali Məclis adından Naxçıvan Dövlət Texniki Kollecinin kollektivini təbrik edib, uğurların davamını diləyib.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov və kollecin fəxri məzunu İsmayıl Ağalarov kollecin uğurlarından danışıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamına əsasən, muxtar respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə təltif edilən Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanova və kollecin müəllimi Səadət Qasımovaya “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, bir qrup əməkdaşa isə  “Rəşadətli əməyə görə” nişanları təqdim olunub.

Həmçinin kollecə muxtar respublikada orta ixtisas təhsilinin inkişafındakı səmərəli fəaliyyətlərinə görə və 100 illik yubiley münasibətilə Ali Məclisin fəxri fərmanı təqdim edilib.

Tədbirdə digər bir qrup əməkdaşa universitetin fəxri fərman və təşəkkürnəmələri, eləcə də İsmayıl Ağalarova kollecin fəxri məzunu diplomu təqdim edilib.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev kollecə hədiyyə təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri