Naxçıvan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan əhalisinin 50,1 faizini qadınlar təşkil edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.
Onun sözlərinə görə, təhsil sahəsində çalışanların 70 faizi, səhiyyə və sosial xidmətlər sahəsində işləyənlərin 80 faizi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlərin isə 62 faizi qadınlardır.
"Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının 36 faizini qadınlar təşkil edir. Eyni zamanda, muxtar respublikadan bir qadın deputat Azərbaycan Respublikasının Milli Məclisinə seçilib".
Ramilə Seyidova qeyd edib ki, hazırda muxtar respublikada bələdiyyə üzvlərindən 182 nəfəri qadındır.
Baxış sayı:144
Bu xəbər 07 Mart 2026 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















