Icma.az
close
up
RU
Naxçıvan: gələcəyə hesablanmış inkişaf strategiyası

Naxçıvan: gələcəyə hesablanmış inkişaf strategiyası

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Naxçıvanın Azərbaycanın digər bölgələri ilə sıx inteqrasiyası həm milli təhlükəsizlik, həm də iqtisadi tərəqqi baxımından strateji əhəmiyyət kəsb edir. Muxtar respublikanın spesifik coğrafiyası və əsas hissədən ayrı düşməsi bu diyarın təhlükəsizliyinə və hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsini zəruri edir. Hazırda Naxçıvan, azad edilmiş ərazilər (Qarabağ və Şərqi Zəngəzur) ilə birlikdə vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilir.

Bu istiqamətdə inzibati islahatlar həyata keçirilərək Prezidentin xüsusi nümayəndəliyi institutu yaradılıb və struktur islahatları idarəetməni təkmilləşdirib. Sumqayıtdan sonra ölkədə ikinci ən böyük sənaye parkı olacaq Naxçıvan Sənaye Parkının təməlinin qoyulması yeni iş yerləri və iqtisadi canlanma deməkdir. Sosial infrastruktur üzrə “ASAN xidmət" və "DOST" mərkəzlərinin fəaliyyəti, o cümlədən, kənd təsərrüfatı və suvarma layihələri əhalinin rifahına birbaşa xidmət edəcəkdir.
Enerji təhlükəsizliyi və şaxələndirmə isə burada xüsusi əhəmiyyətlidir. Regiondakı mövcud risklər və enerji böhranları fonunda Naxçıvanın dayanıqlı enerji təminatı hər zaman prioritet olub. Muxtar respublika artıq 100% qazlaşdırılıb və mövcud 200 meqavatlıq generasiya gücü daxili tələbatı tam ödəyir. 300 meqavatlıq yeni istilik elektrik stansiyasının inşası isə generasiya gücünü iki dəfədən çox artıracaq.
Naxçıvan, həm də Azərbaycanın yaşıl enerji zonalarından biridir. Elektrik avtobuslarından və günəş enerjisindən istifadənin genişləndirilməsi ilə Naxçıvanın 2050-ci ilədək xalis sıfır karbonlu əraziyə çevrilmək potensialı var və bu istiqamətdə artıq öhdəliklər götürülüb. Burada 500-1000 meqavatlıq günəş potensialı mövcuddur.
Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz hissəsi olan strateji bir ərazi kimi deyil, regionun yeni nəqliyyat və iqtisadi arxitekturasının mühüm qovşaqlarından birinə çevrilir. 8 avqust Vaşinqton razılaşmalarından sonra 35 ildən artıq bir müddət ərzində (hava əlaqəsi istisna olmaqla) Azərbaycanın əsas hissəsindən təcrid olunmuş strateji əhəmiyyətli Naxçıvan nəhayət ki, Zəngəzur dəhlizinin tam fəaliyyətə başlaması ilə avtomobil yolu, dəmir yolu və digər bağlantılarla Azərbaycanın digər ərazilərinə birləşəcək.
Bu, yalnız Azərbaycanla Naxçıvan arasında maneəsiz və çoxmodallı bağlantının təmin edilməsi demək deyil. Naxçıvan, eyni zamanda, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin əsas həlqələrindən birinə çevriləcək. Çoxmodallı dəhliz dedikdə, bu marşrut təkcə dəmir və avtomobil yollarını deyil, həm də elektrik xətlərini, fiber-optik kabelləri və gələcəkdə bəlkə də neft-qaz kəmərlərini birləşdirəcək. Bu yolların ətrafında iqtisadi fəallıq, yeni iş yerləri, turizm, ticarət, mədəni mübadilə və insanların rifahı artacaqdır. Naxçıvanın strateji mövqeyi onu regionun əvəzolunmaz nəqliyyat və enerji qovşağına çevirir. Zəngəzur dəhlizi (TRİPP layihəsi) qlobal əhəmiyyətli layihədir.
İqtisadi dividendlərə gəldikdə isə, əhliz vasitəsilə ilkin mərhələdə 1,5 milyon, gələcəkdə isə 15 milyon tondan çox yükün daşınması planlaşdırılır ki, bu da Naxçıvanda böyük iqtisadi canlanmaya və yeni iş yerlərinə səbəb olacaq
Marşrutun Türkiyə ilə birləşdirilməsi regional və qlobal miqyasda böyük əhəmiyyətə malikdir. Mərkəzi Asiyadan Transxəzər marşrutu vasitəsilə Türkiyəyə və oradan Avropaya uzanan bu xətt ticarətdə fasiləsiz nəqliyyat bağlantısının yaradacaq və Şərq-Qərb, eləcə də Şimal-Cənub nəqliyyat dəhlizləri boyunca yerləşən tranzit ölkələr üçün əhəmiyyətli faydalar yaradacaq.
Təsadüfi deyil ki, Avropa İttifaqı (Aİ) da layihəyə öz marağını ifadə etmiş, Avropa Yenidən Qurma və İnkişaf Bankı Naxçıvan dəmiryollarının texniki-iqtisadi qiymətləndirməsini aparır. Aİ dəmiryolunun inşasında investisiyaya maraqlıdır.
Son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin bir sıra mühüm Fərmanı və sərəncamları qəbul edilmişdir.
Dövlət proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu çərçivədə Naxçıvan Regional DOST Mərkəzi inşa edilmiş, şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 68 mənzil ayrılmışdır. Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, o cümlədən Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin, 110/35/10 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək”, Culfa rayonunda 132/110/10 kV-luq “Culfa” və Babək rayonunda 110/35/10 kV-luq “Çeşməbasar” elektrik yarımstansiyalarının inşası başa çatdırılmışdır və 400/330/110 kV-luq ”Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işləri aparılır.
Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat imkanlarının genişləndirilməsi istiqamətində də işlər davam etdirilir, o cümlədən 194,2 kilometrlik təkxətli Naxçıvan dəmir yolu xəttinin 7 kilometrlik hissəsində tikinti işləri aparılır. Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzilli sosial evlərin və yeni otel kompleksinin tikintisinə başlanılması üçün müvafiq tədbirlər görülür.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri