Icma.az
close
up
RU
Naxçıvan hakimiyyətinə sərt TƏNQİD 1 milyardlıq layihəni...

Naxçıvan hakimiyyətinə sərt TƏNQİD 1 milyardlıq layihəni...

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Partiya sədri: “Siyavuş Novruzovun dedikləri onu göstərir ki, vəziyyətə ciddi şəkildə müdaxilə etməyə ehtiyac yaranıb”

Parlament komissiyalarının ötən həftə keçirilən birgə toplantısında Naxçıvandan olan deputat Siyavuş Novruzov  deyib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsinə görə 1 milyard 200 milyon manat vəsait ayrılıb. Əfsus ki, indiyədək proqramın bir bəndini də yerinə yetirə bilməyiblər", - deyə deputat bildirib.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri şübhəli tenderlər mövzusuna da toxunub, nəticədə nəzərdə tutulan işlərin görülmədiyini bildirib. Naxçıvan rəhbərliyini tənqid edən Siyavuş Novruzov deyib ki, insanlar məcbur olub Naxçıvanı tərk edir. Naxçıvanın deputatı olan S.Novruzov ilk dəfədir ki, muxtar respublika rəhbərliyini bu cür ittiham edir.  

Qeyd edək ki, söhbət Prezident İlham Əliyevin  imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan gedir.

Dövlət proqramı sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılmasını nəzərdə tutur. Layihənin hazırlanmasında başlıca məqsəd  ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.

Bəzi müşahidəçilər isə hesab edir ki, Naxçıvanda mövcud vəziyyətin əsas səbəblərindən biri kimi muxtar respublikada hələ də hökm sürən ikihakimiyyətlilikdir. İki il əvvəl dekabrın 22-də Naxçıvan Muxtar Respublikasına Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Ali Məclisə son seçkilərdən sonra sədr postu boş qaldı, səlahiyyətlər sədrin birinci müavininə həvalə edildi. Qanunvericiliyə görə muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, belə anlaşılır ki,  səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir. Bu səbəbdən Siyavuş Novruzovun rəhbərlik dedikdə konkret Ali Məclis sədrinin müavinini, yoxsa xüsusi nümayəndəni nəzərdə tutduğu bəlli olmur.

Akif Nağı

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, muxtar respublikanın həyatında gedən prosesləri siyasi partiya olaraq daim izləyirlər: “Biz təbii ki, istəyirik ki, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi baxımdan inkişaf etsin. Naxçıvan Azərbaycanın ən vacib strateji ərazilərindəndir, Ermənistanla, İranla böyük sərhədimizin olduğu bölgədir. Eyni zamanda Naxçıvan Azərbaycanın qardaş Türkiyə ilə yeganə quru əlaqəsinin olduğu ərazimizdir. Bu baxımdan da Naxçıvana xüsusi diqqət qaçılmazdır, vacibdir. Naxçıvanda əhalimizin sayı nə qədər çox olsa bu daha çox maraqlarımıza uyğundur. Əhalinin oradan iqtisadi problemlərə, işsizliyə görə köçməsi barədə xəbərlər təbii ki, bizi narahat edir. Biz çox istəyirik ki, Naxçıvanda vəziyyət yaxşılığa doğru düzəlsin. Məlumatlarımıza görə, Naxçıvanda vəziyyət o qədər də müsbət istiqamətdə getmir. İllərlə yığılıb qalan problemlərin həlli gözləntiləri heç də istənilən səviyyədə özünü doğrultmur. Bunu artıq Naxçıvandan olan deputat da dilə gətirir. Deməli, vəziyyətə ciddi şəkildə müdaxilə etməyə ehtiyac yaranıb. Bizdə olan məlumata görə, bəzi hallarda əhali içərisində narazılıqlar mövcuddur, hətta Vasif Talıbovun zamanı ilə müqayisə edib indiki vəziyyətdən təəssüf hissi keçirənlər də var. Görünür, hakim partiyanın Naxçıvandan olan deputatı Siyavuş Novruzovun məlumatları daha çoxdur və buna görə də tənqid edir. Onun fikirlərinə ciddi yanaşmaq lazımdır”.

A.Nağı qeyd etdi ki, əgər doğrudan da dövlətin ayırdığı vəsait Naxçıvanda gərəkən istiqamətdə istifadə olunmursa, şübhəli məqamlar varsa, yoxlama aparılmalıdır, tədbirlər görülməlidir: “Əhalinin güzəranının yaxşılaşması üçün ciddi addımlar atılmalıdır ki, insanlar dolanışıq dalınca məcbur olub Bakıya və digər yerlərə üz tutmasın. İnsanların bir parça çörək dalınca ev-eşiyini qoyub başqa yerlərə köçməsi barədə deyilənlər ciddi siqnaldır. Xüsusilə Naxçıvan Muxtar Respublikası kimi mühüm strateji ərazimizdə belə problemlər varsa, mütləq həll edilməlidir. Bizim partiyanın Naxçıvan şöbəsi fəaliyyət göstərir. Biz onlardan da məlumatlar alırıq və bu məlumatlar əsasında daha qərəzsiz, daha obyektiv informasiyaya malik olmağa  çalışırıq. Naxçıvan şöbəmizdən də aldığımız xəbərlərdə bu bölgəmizdə hələ də istənilən səviyyədə müsbət proseslərin getdiyinin müşahidə olunmadığı deyilir. Yəni iş yerlərinin açılması, insanlara özlərinə iş qurmaları üçün şərait yaratmaq, insanların hüquqları ilə bağlı məsələlərdə hamının uzun illərdən bəri arzuladığı, gözlədiyi irəliləyişlərə hələ rast gəlinmir. Bu da bizi təbii ki, narahat edir”.

“Yeni Müsavat”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2024 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri