Naxçıvan ın baş məşqçisi: NTD yə qarşı həqiqətən də çox pis oyun sərgilədik
Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
NTD-yə qarşı həqiqətən də çox pis oyun sərgilədik.
“Report” xəbər verir ki, bunu “Naxçıvan”ın baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasının XII turunda NTD ilə oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis komandasının müdafiədə çox zəif oynadığını bildirib:
“Bu gün həqiqətən də çox pis oyun sərgilədik. Həm müdafiədə, həm də hücumda matça köklənə bilmədik. Rəqibin 95 xalı da bunun bariz numunəsidir. Müdafiədə çox pis çıxış etdik. Təəssüf ki, ikinci dövrəyə yaxşı start vermədik. Ardıcıl olaraq həm “Neftçi”yə, həm də NTD-yə uduzduq. Halbuki komanda bundan öncə liderliyə də yüksəlməyi bacarıb. Ümid edirəm ki, “Sərhədçi” ilə matça daha yaxşı köklənərik. Çatışmazlıqları aradan qaldırıb növbəti görüşə qalib gəlmək üçün çıxmalıyıq. Bundan sonrakı qarşılaşmalarda xarakter nümayiş etdirməliyik. Bilirəm ki, bunu edəcək gücdəyik. Tezliklə özümüzə gəlməliyik”.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən A qrupunun “Naxçıvan” - NTD görüşündə qonaqlar 95:70 hesablı qələbə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 25 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















